dini radikalizm və ekstremizmlə mübarizə

“Xatirə Fərəcli yaradıcılığının poetik təzahürü” kitabının təqdimatı keçirilib


Arasinfo.com xəbər verir ki, tədbirin aparıcısı tanınmış tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangir kitabın sırf elmi-filoloji aspektdən araşdırıldığını və müəllifin Xatirə Fərəcli yaradıcılığına bir qədər də fəlsəfi rakursdan yanaşdığını iştirakçıların diqqətinə çatdırıb, kitabla bağlı müəyyən məlumatlar verib.
Tanınmış şaire Ofelya Babayeva kitabdakı elmi cəhətləri vurğulamaqla, müəllifin filoloji sahədə müəyyən qeyri-adiliklər etməsinə diqqət çəkib. Nəğməkar şair Yusif Nəğməkar kitabdakı fəlsəfi nüansları müəllifin uğuru kimi qiymətləndirərək nəşrlə bağlı fikirlərini bölüşüb.

Digər tədbir iştiraqçıları-Alim Nizami Muradoğlu, şair-publisistlər Fesih Alioğlu Şöhlət Əfşar, Balayar Sadiq, Arif Musa, Nəcibə İlkin, Xalidə Nuray, İbrahim İlyaslı, Sona Abbasəliqızı, Qənir Mehdixanlı, Fəxrəddin Meydanlı, Əməkdar jurnalist Rəhman Orxan, jurnalist Natella Asena və digərləri.Təqdim olunan kitabın maraqlı araşdırma və qeyri-adi bir tədqiqat işi olduğunu söyləyiblər, müəllifə uğurlar arzulayıblar.

Sonda şairə Xatire xanım təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən müəllif bundan sonra da bu istiqamətdə işlərini davam etdirəcəyini söyləyib.

Qeyd edək ki, gözəl şeirlər müəllifi Xatirə Fərəcli eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsində məsləhətçi vəzifəsində çalışır, daima ictimaiyyət arasındadır. Ədəbi mühitdə öz yeri olan xanım yazar oxucular tərəfindən də çox sevilir.Bizde şairə Xatire Ferecliye yeni,yeni yaratıcılıq uğurları arzu edirik.



Oxunub: 975
Oxşar xəbərlər
SON XƏBƏRLƏR