dini radikalizm və ekstremizmlə mübarizə

Əməkdar artist istefa verdi

Əməkdar artist istefa verdi

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov üzvü olduğu Teatr Xadimləri İttifaqından istefa verib.

Kulis.az-ın verdiyi xəbərə görə, aktyor buna səbəb kimi ittifaqın qurultayına buraxılmamasını göstərib.

Dediyini görə, aktyor sosial şəbəkə hesabında qurumu fəaliyyətsizlikdə ittiham edirmiş.

“Mən bu gündən TXİ-nin üzvlüyündən imtina edirəm. Azər Paşa və ətrafındakı ünsürlər ordan uzaqlaşmayınca və aktyora, xüsusi ilə Cənab Prezidentin imzaladığı sərəncamla fəxri ada layiq görulənlərə münasibət belə olacaqsa, mən həmin ittifaqı tanımıram.

Mənim mübarizəm TXİ sədri Azər Paşa Nemətovladır. Akademik Milli Dram Teatrının direktoru Azər Paşa ilə yox. Günah mənim deyil ki, adı çəkilən hər iki yerə bir adam rəhbərlik edir. Konfrans və səsvermə prosesinin nəticəsi mənə qaranlıq qalacaq. Azərbaycan teatr tarixində qala bilməyəcəksiniz. Çünki gənclərə göstərdiyiniz münasibət bir müddət sonra özünü göstərəcək." - deyə o, bəyanatında yazıb.

Xatırladaq ki, bu gün Park İnn Otelində Azərbaycan Teatr Xadimləri İttifaqının qurultayı keçirilir. Mətbuata qapalı keçirilən qurultayda İttifaqa sədr seçiləcək. Teatr Xadimləri İttifaqına 15 ildir ki, rejissor, Xalq artisti Azər Paşa Nemətov rəhbərlik edir.

Oxunub: 674
Oxşar xəbərlər
SON XƏBƏRLƏR