dini radikalizm və ekstremizmlə mübarizə

Səbinə Məmmədovanın yeni rejissor işi : “Ürəyə düş”


Azərbaycan Teatr Xadimləri İttifaqında Baxış festivalı baş tutdu. Festival çərçivəsində tələbələrin Yaradıcılıq labaratoriyasında hazırlanan tamaşalar nümayiş olundu. Labaratoriyanın rəhbəri Res. əməkdar incəsənət xadimi Bəhram Osmanov oldu. Qeyd edək ki, bir-birindən fərqli tamaşalar gənclərin istedadının daha geniş üzə çıxması üçün şərait yaradaraq eyni zamanda onlara sərbəst yaradıcılıq imkanları yaratmağa nail oldu. Belə ki istedadlı aktrisa Səbinə Məmmədova artıq özünü bu festivalda rejissor kimi sınamağa qərar verdi. Bu da aktrisanın böyük potensial imkanlarından xəbər verir. Tamaşacılar onu GTT nın müxtəlif tamaşalarından, seriallardan yaxşı tanıyır. Görünür rejissor kimi özünü sınamaq istəyi də aktrisanın çoxşaxəli istedadının yeni ampulada üzə çıxmasına xidmət edəcək. Aktrisa eyni zamanda "Mən öləndə ağlama" mono tamaşasında aktrisa kimi çıxış edib. Hər iki işi tamaşaçılar tərəfindən uğurla qarşılanıb.
Aktrisanın rejissor olduğu tamaşa istedadlı yazıçı dramaturq, teatra öz gəlişi ilə sanki yeni nəfəs gətirən Pərvin xanımın "Ürəyə düş" pyesi əsasında Səbinə xanım tərəfindən məhz Baxış festivalı üçün hazırlanıb. Tamaşada rejissor Səbinə xanım həm də aktrisalıq edib. Onunla yanaşı Yasin Həzirə, Zemfira Əbdülsəmədova, Elşən Hacıbabayev də rol alıblar. Uğurla qarşılanan tamaşa Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov tərəfindən diploma layiq görülüb.
Bütün festival iştirakçılarını təbrik edir, belə layihələrin tez-tez həyata keçməsini arzulayırıq.

Təranə Feyzullayeva

Oxunub: 905
Oxşar xəbərlər
SON XƏBƏRLƏR