» » Şəki Dövlət Dram Teatrı yeni mövsümə “Xəstəlik xəstəsi və ya yaşasın teatr”la başlayır

Şəki Dövlət Dram Teatrı yeni mövsümə “Xəstəlik xəstəsi və ya yaşasın teatr”la başlayır

Şəki Dövlət Dram Teatrı yeni mövsümə “Xəstəlik xəstəsi və ya yaşasın teatr”la başlayır

Sentyabrın 17-də Şəki Dövlət Dram Teatrı teatrsevərlərə J.Molyerin və M.Bulqakovun “Xəstəlik xəstəsi və ya yaşasın teatr” əsəri əsasında səhnələşdirilmiş tamaşa təqdim edəcək.

APA-nın məlumatına görə, Şəkidə peşəkar teatrın yaranmasının 140 illiyi münasibətilə hazırlanan tamaşaya teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli quruluş verib.

Tamaşanın quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Sahib Əhmədov, musiqi tərtibatçısı Zeynəb Orucovadır.

Səhnə əsəri bütün ömrünü teatra həsr edən sənətkarlara ithaf olunub.

Qeyd edək ki, yeni mövsümdə teatrın səhnəsində Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə “Sevil” pyesi və “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında Altay Məmmədovun yazdığı “Dəli Domrul” əsəri tamaşaya qoyulacaq. Bundan əlavə, Mədəniyyət Nazirliyinin planına əsasən, yeni mövsümdə Şəkidə peşəkar teatrın yaranmasının 140 illiyi münasibətilə təntənəli tədbirlərin keçirilməsi də nəzərdə tutulur.
Oxşar xəbərlər
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30