dini radikalizm və ekstremizmlə mübarizə

ZƏHMƏTİ İLƏ SEÇİLƏN BƏSTƏKAR



Hər kəsin həyat yolu fərqli yazılar, fərqli yaşanar. Kimi bu ömür yolun elə yaşayar ki, geri boylandıqda təssüf hissi keçirər, kimi də elə yaşayar ki, geriyə boylanarkən qürur hissi duyar. Kimi tarixə imza atar, kimi yazar, yaradar kimisi də sadəcə ona verilən ömrü yaşamaq məcburiyyətində qalar. Bu gün oxucularıma söz açacağım insanın gənc olmasına baxmayaraq incəsənət sahəsində artıq bəstələdiyi musiqilərlə öz sözünü demişdir. O, kimdir?
Əliyev Emil Elman oglu 1982-ci ildə Bakı şəhərində ziyalı ailədə dünyaya göz açıb. Uşaqlıqdan musiqiyə həvəsi olan Emil Neft akademiyasını bitirməsinə baxmayaraq incəsənətə olan bağlılığı onu məhz sevdiyi sahədə çalışmağa vadar etdi. Dahi sənətkar, mərhum bəstəkar Əfsər Cavanşirovun tələbəsi olan Emil 40-a yaxın mahnilarin bəstəkarıdır. Hal- hazırda həm bəstəkar, həm mügənni kimi fəaliyyət göstərən bəstəkarın son çalışmaları Vətənpərvərlik mövzusunda olduğunu bildirdi. Son 6 ay ərzində duet ortağı Nigar Əhmədova ilə çalışan bəstəkar "Azərbaycan Əsgəri" mahnısının qısa zaman kəsiyində gənc müğənni bəstəkara uğur qazandırdığının da şahidi olduq. Söhbətimiz zamanı əldə etdiyimiz bir məlumat bizi çox sevindirdi. Bəstəkar Emil Elmanoğlunun son çalışdığı layihə məhz Vətənpərvərlik mövzusu olduğunu bildirən bəstəkar tezliklə bir neçə mahnı ilə dinləyicilərini və pərəstişkarlarını sevindirəcəklərini bildirdi.
Zəhməti ilə hər zaman seçilən Emil Elmanoğluna uğurlar diləyirik.

Almaz İlahə


Oxunub: 1 166
Oxşar xəbərlər
SON XƏBƏRLƏR