» » “Qara bağ” filmi Qırğızıstanda nümayiş olunub

“Qara bağ” filmi Qırğızıstanda nümayiş olunub

“Qara bağ” filmi Qırğızıstanda nümayiş olunub
“Qara bağ” bədii filmi VI “Qırğızıstan - Qısametrajlı Filmlər Ölkəsi” Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında nümayiş olunub.
“Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, dekabrın 12-15-də Bişkek şəhərində keçirilən festivalda filmin ssenari müəllifi və quruluşçu rejissoru Amil Məmiyev iştirak edib.
Film S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin (VQİK) məzunu olan Amil Məmiyevin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan diplom işidir.
Qeyd olunub ki, “Qara bağ” qısametrajlı bədii filmi “40-cı paraleldə” kinoalmanaxına daxildir.
Filmin quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfərov və digərləri canlandırıblar.
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728