dini radikalizm və ekstremizmlə mübarizə

“Ovod” filmindən tanınan aktyor vəfat edib

“Ovod” filmindən tanınan aktyor vəfat edib

Tanınmış sovet və rus aktyoru Andrey Xaritonov 59 yaşında vəfat edib.

Djb.az-in news.mail.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə rejissor Vitaliy Manskiy sosial şəbəkədə yazıb.

A. Xaritonov onkoloji xəstəlikdən əziyyət çəkirdi.


O, daha çox Nikolay Maşenkonun 1980-ci ildə çəkdiyi “Ovod” filmindəki Artur Berton roluna görə tanınıb. Bu filmdən sonra aktyor əsl ulduza çevrilib.

A. Xaritonov doğulduğu Kiyev şəhərində dəfn ediləcək.

A. Xaritonov “Ulduz və Xoakin Muryetanın ölümü” (1982), “Görünməz adam” (1984) kimi filmlərdə də oynayıb.

Oxunub: 698
Oxşar xəbərlər
SON XƏBƏRLƏR