dini radikalizm və ekstremizmlə mübarizə

“Sonuncu”…

“Sonuncu”…

Məncə mono və ya kamera tamaşaları bu günümüz üçün daha çox aktualdır. Bunun da öhdəsindən kiçik səhnələr uğurla gəlir. "Sonuncu" tamaşası Yuğ teatrının ən maraqlı səhnə işlərindən biridir və iki aktyorun sanki benefisidir... Baxmayaraq ki, söhbət bir aktyorun benefisindən gedir... Süjet çox sadədir,yəni bütün teatralların anlayacağı nüansları ön plana gətirir... Pərvin xanımın qələmindən çıxan bu əsər sadə olduğu qədər də düşündürücüdür... İki nəslin nümayəndəsi üz-üzədir... Biri saf, sənətinin fədaisi, içindəki tənhalığın əsiri, digəri isə göründüyündən qat qat hiyləgər və guya öz təbirincə zamana meydan oxuyaraq yaşlı nəsli anlamayan və sonda ikrah hissi doğuracaq qədər zavallıdır.Özümü anlayandan teatrda tv lərdə aktyorların arasında formalaşmışam. Onların ağrısı da, acısı da mənə yaxşı tanışdır. Az-tv də çalışdığım illərdən bu günə kimi Ramiz Həsənoğlu yaradıcılığını izləyirəm və bu rejissorun professional özünəməxsus yaradıcılıq üslubu həmişə seçilir və sevilir desəm yerinə düşər. Pərvin xanımla bu yaradıcılıq tandemi məncə iki nəsil arasında yaranan uğurlu iş birliyi kimi qiymətləndirilə bilər. Və nəhayət tamaşaçının sevdiyi iki aktyor: Azərbaycan kino və teatr sənətində öz sözünü demiş sənətkar, respublikanın əməkdar artisti Fərhad İsrafilov və gənc istedadlı aktyor Hikmət Rəhimov.
İllərə meydan oxuyan Fərhad İsrafilov son dərəcə maraqlı səmimi bir obraza həyat verib. Obrazın prototipi də elə onun öz içindəndi. Bəlkə ona görə hər şey son dərəcə canlı və təbiidir... Aktyor aktyoru canlandırır..Hər nüans, hər səhnə ona yaxşı tanışdır... Aktyor o qədər asanlıqla tamaşaçı ilə təmasa girir ki, tamaşaya baxdığını belə unudursan... Sanki aktyor özu haqqında monoloq deyir.
Hikmət Rəhimovu isə son dəfə səhnədə "Qatil" tamaşasında görmüşdüm... Və açığı düşünürdüm ki, azdram. teatrında onun uğurları çox olacaq... Amma görünür istedadlı insan üçün məkan məhdudiyyəti yoxdur... Necə ki, aktyor bunu yuğ teatrında, filmlərdə bir daha sübut etdi və edir.
Tamaşada aktrisa Ləman Novruzova incə ştrixlərlə obrazını sevdirməyi bacarır.
Ümimilikdə bu əsər mənə Anarın “Dantenin yubileyi”ni xatırlatdı. Bu qəbildən olan saf insanlar çoxdur. Və onların həyat və sənət taleyi ürəkləri sızladır...
Mən kiçik səhnələri çox sevirəm... Məncə bu tamaşaçı ilə aktyorlar arasında doğma, canlı münasibət yaratmaq üçün çox əlverişlidir. Bu sanki kiçik bir evə bənzəyir... Bu ev çox şirin, çox canlı, çox rahatdır... Onun sakinləri isə bir birinə qarşı olduqca mehriban və səmimidirlər... Bu evi yaşadan isə onun sakinlərinin bir birinə olan sonsuz sevgisidir. Bəli... Əslində teatrı da, aktyorları da yaşadan elə sevgidir... Tamaşaçıya, teatra olan sevgi... Bu sevgidən yaranır ən kiçik və ən böyük tamaşalar... Bu sevgiylə yaşayır, nəfəs alır teatrlar! Gəlin sənəti, teatrı və nəhayət həyatı ayaqda tutan bu sevgini bir birimizdən əsirgəməyək!

Təranə Feyzullayeva
“Sonuncu”…

Oxunub: 733
Oxşar xəbərlər
SON XƏBƏRLƏR