dini radikalizm və ekstremizmlə mübarizə

V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olunub

V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olunub
Aprelin 23-də V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinə daxil olan dövlət qurumları nümayəndələrinin iştirakı ilə iclas keçirilib.

Djb.az-in ONA-ya istinadən məlumatına gorə, Bakı Konqres Mərkəzində keçirilən iclasda Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək hazırlıq işləri və qarşıda duran vəzifələr haqqında danışıb.


O bildirib ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin nüfuzundan xəbər verir: “2-3 may tarixində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun birgə tərəfdaşlığı ilə keçiriləcək V Dünya Mədəniyyətlərarası Dialoq Forumu “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusuna həsr edilib. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan və fərqli etnik, mədəni, dini mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış və hörmət çərçivəsində səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün qlobal platformaya çevrilib. “Dünya Mədəniyyətlərarası Dialoq Forumunun coğrafiyası çox genişlənib, tədbirə qoşulan qurumların sayı xeyli artıb. Budəfəki forumda Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Kolumbiya, Böyük Britaniya, Peruya kimi dövlətlərin təmsilçiləri iştirak edəcək. Ümumilikdə beşinci foruma 35 beynəlxalq təşkilat və 100-dən çox ölkəni təmsil edən nümayəndələr qatılacaq. Hazırda foruma qeydiyyat davam edir. Bir çox ölkələr xarici işlər və mədəniyyət nazirləri, parlament sədrləri səviyyəsində təmsil olunacaq. Forumun mövzusu UNESCO tərəfindən təsdiqlənib və müasir dünya üçün aktuallıq kəsb edir. Forum çərçivəsində panellərin bir çoxu iştirakçı qurumlar tərəfindən təşkil olunacaq. Tədbir BMT-nin televiziyası və rəsmi internet səhifəsi üzərindən canlı yayımlanacaq”.

Oxunub: 695
Oxşar xəbərlər
SON XƏBƏRLƏR