dini radikalizm və ekstremizmlə mübarizə

“Fəryad” filminə çəkiləndə ağlaya bilmirdim” - Əməkdar artist

“Fəryad” filminə çəkiləndə ağlaya bilmirdim” - Əməkdar artist
Əməkdar artist Sənubər İsgəndərli “Dikdaban” proqramında qonaq olub.

Djb.az Axşam.az-a istinadən xəbər verir ki, o, illər öncə çəkildiyi “Fəryad” filmi ilə bağlı danışıb.


“Fəryad” filmi çəkiləndə Ceyhun dedi ki, mənə kömək elə. Dedim ki, buyurun, əlimdən nə gəlirsə, edərəm. Mənə utana-utana dedi ki, xırda epizoddur, amma ümumiləşdirilmiş Azərbaycan qadınıdır, onu canlandıracaqsan. Orada çəkilişim bir gün olub. Çəkiliş yerində xeyli əsgər toplanmışdı. Ceyhun mənə dedi ki, çalış, gözlərin dolsun.


Məndə elə xüsusiyyət var ki, getdiyim yas mərasimlərində belə ağlaya bilmirəm. Ancaq evə qayıdandan sonra hönkürürəm. O çəkilişdə də həmin hadisə baş verdi. Elə bil ki, yerimdə qalmışdım. Əsgərlərə baxırdım, düşünürdüm ki, görəsən, bu uşaqlar cəbhəyə gedəndə, hansı sağ qalacaq? İndi baxıram ki, həmin kadrlarda içimdə keçənləri düzgün verməmişəm”.


Qeyd edək ki, Qarabağ müharibəsinə həsr olunmuş “Fəryad” filmi 1993-cü ildə çəkilib. Ekran işinin rejissoru Ceyhun Mirzəyev olub.

Oxunub: 769
Oxşar xəbərlər
SON XƏBƏRLƏR