dini radikalizm və ekstremizmlə mübarizə

Tariyel Qasımov-80

Tariyel Qasımov-80
Tariyel Qasımov 4 fevral 1939-cu ildə Ağstafanın Köçəsgər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. Bədən Tərbiyəsi İnstitutunda təhsil aldığı zaman Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. İkinci kurs tələbəsi ikən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb. Teatr müdriyyətinin məktubu ilə 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə – Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda ikən Dram Teatrına işə qəbul olunub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1964-cü il oktyabr ayının 1-dən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Azərbaycanfilmdən başqa Türkmənfilm, Tacikfilm, Özbəkfilm, Mosfilm, DEFA (Almaniya) studiyalarında filmlərə çəkilib: “Rüstəm və Söhrab” (1969-1971, Tacikfilm, 3 seriyalı, rej: Boris Kimyagərov), “Qızıl rəngi” (1975, Türkmənfilm), “Çilidə gecə” (1982, Mosfilm), “Əlvida, yaşıl yay” (1983, Özbəkfilm), “Həyatın mənası” (1983, Özbəkfilm, 2 seriyalı), “Odlu yollarla” (1981-1983, Özbəkfilm, 17 seriyalı), “Sahib” (1983, Özbəkfilm), “Sonya raport verir” (1983, 2 seriyalı, DEFA (Almaniya), rej: Ştefan Bernxard). Filmləri : Ad günü (film, 1977)(tammetrajlı bədii film)-rol: Həsən, Axırıncı aşırım (film, 1971)(tammetrajlı bədii film)-rol: Xudayarın qardaşı, Babək (film, 1979), Bir ovuc torpaq (film, 2009), Bizim küçənin oğlanları (film, 1973), Çilidə Gecə (1982, Mosfilm), Dağ Meşəsindən Keçərkən… (1964), Dairə (film, 1989), Dədə Qorqud (film, 1975), Doğma sahillər (film, 1989), Əlvida, yaşıl yay (1983, Özbəkfilm), Gənclik macərası (film)(tammetrajlı televiziya tamaşası)(AzTv), Gilas ağacı (film, 1972), İstintaq (film, 1979), İşarəni dənizdən gözləyin (film, 1986), Qəzəlxan (film, 1991), Qorxma, mən səninləyəm (film, 1981), Liftçi Qız (1966), Nəsimi (film, 1973)
Aktyorla 80 illik yubileyi ərəfəsində görüşdük. Bildirdi ki, öz doğma rayonunda Ağstafada yaşayır. Tez-tez tamaşalara gəlir. Filmlərə gəldikdə isə seçim edir. Adına, sambalına yaraşan filmlərdə görünmək istəyir. Aktyor belə şux, cavan qalmasının səbəbini isə qəlbinin saflığında, həyat eşqinin tükənməməsində, insanlara sevgisində görür. 80 yaş nədirki ?, aktyor 100 yaşa iddialıdır. Xatırladaq ki, mart ayının 30-da GTT da Res. Xalq artisti Tariyel Qasımovun 80 illik yubileyi keçiriləcək. Aktyor bütün onu sevənləri bu yubileyə dəvət edir. Biz də öz növbəmizdə onu təbrik edirik !

Təranə Feyzullayeva

Oxunub: 1 833
Oxşar xəbərlər
SON XƏBƏRLƏR