dini radikalizm və ekstremizmlə mübarizə

16 Mart - Sovet və Azərbaycan kino və teatr aktyoru, Azərbaycanın əməkdar artisti Hamlet Qurbanovun anım günüdür!

16 Mart - Sovet və Azərbaycan kino və teatr aktyoru, Azərbaycanın əməkdar artisti Hamlet Qurbanovun anım günüdür!
Hamlet Ağadadaş oğlu Qurbanov 16 mart 1940 - cı ildə teatr və kino aktyoru Ağadadaş Qurbanovun və Opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olmuşdur. H.Qurbanov 1961 - ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitututunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) böyük rejissor Mehdi Məmmədov kursunu bitirmişdir. O,1957 - 1992 - ci illərdə Azərbaycan Milli Dram Teatrında yaddaqalan obrazlar yaratmışdır. C.Məmmədquluzadənin "Dəli yığıncağı"pyesində (1978) doktor Lalbyüz rolunda müvəffəqiyyətlə çıxış etmişdir. Hamlet Qurbanov Azərbaycan televiziyasının hazırladığı bir sıra tamaşalara və "Azərbaycanfilm"in istehsal etdiyi filmlərə çəkilmişdir. Hamlet Qurbanov 16 noyabr 1995 - ci ildə 55 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.
Aktyor Ağadadaş Qurbanovun və opera müğənnisi Gülxar Həsənovanın oğludur.
Aktrisa Gülşən Qurbanovanın və rejissor və kino rəssam Firəngiz Qurbanovanın ögey qardaşıdır.(ata bir, ana ayrı)

Oxunub: 934
Oxşar xəbərlər
SON XƏBƏRLƏR