dini radikalizm və ekstremizmlə mübarizə

Ağasadıq Gəraybəylinin 122 illiyinə

Ağasadıq Gəraybəylinin 122 illiyinə
O, Azərbaycan kinosunun tarixində ən istedadlı komik aktyorlardan biri olub. Onun oynadığı rolların demək olar ki, hamısı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Canlandırdığı obrazların dili ilə söylədiyi bir çox məzəli frazalar bu gün də insanlar arasında işlədilir.
Haqqında söhbət açdığım Ağasadıq Gəraybəyli 1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda anadan olub. Yeniyetmə dövründə Bakıya gələrək məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub və Hüseyn Ərəblinskinin dram dərnəyinin üzvü olub. Üzeyir Hacıbəyovun tövsiyəsi ilə teatr kursuna yazılaraq bu sənətin sirlərini öyrənib.
1940-cı ildə "Azərbaycan SSR-nin xalq artisti" fəxri adına layiq görülüb. Bundan başqa bir sıra ali orden və medallarla təltif edilib.
O, teatrla yanaşı kinoda da maraqlı obrazlar yaradıb. "Bəxtiyar"" filmində klub müdiri Ağabala, "O olmasın, bu olsun" filmində Rüstəm bəy onu geniş tamaşaçı kütləsinə sevdirən əsas obrazlardandır.
1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb.
1988-ci il dekabrın 5-də 91 yaşında ikən vəfat edib.
Martın 15-i mərhum sənətkarın doğum günüdür. Onu ehtiramla yad edir, ruhuna Allahdan rəhmət diləyirik…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Oxunub: 701
Oxşar xəbərlər
SON XƏBƏRLƏR