dini radikalizm və ekstremizmlə mübarizə

“Bu sərəcamdan sonra aktyorlarımız sabah nə yeyəcəyi haqda yox, sənəti haqda düşünəcək...”

“Bu sərəcamdan sonra aktyorlarımız sabah nə yeyəcəyi haqda yox, sənəti haqda düşünəcək...”
“Aktyor sənəti müdafiəsiz, müəllif hüququ olmayan və çörəksiz bir sahə sayılırdı. Ölkə başçısının mədəniyyət xadimləri ilə görüşü onu göstərdi ki, bu sənətin də arxasında duran adamlar var”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Ramiz Novruz ölkə başçısının teatr və konsert işçilərinin maaşlarının 50 faiz artırılmasıyla bağlı verdiyi sərəncama münasibət bildirərkən deyib. R.Novruz bu kimi sərəncamların aktyorların sosial rifahının yaxşılaşdırılmasına təkan verəcəyini bildirib:

“Ölkə başçısının son zamanlar gördüyü işlər və bizim sənət dostlarıyla görüşməsi ancaq qürurvericidir. Bu vaxta qədər aktyorların içində bir düşkünlük yaranmışdı ki, sanki bu peşə heç kimə lazım deyil. Gənc oğlan və qızlarımız bu sənətə həvəssiz gəlirdilər. Aktyor sənəti müdafiəsiz, müəllif hüququ olmayan və çörəksiz bir sahə sayılırdı. Ölkə başçısının mədəniyyət xadimləri ilə görüşü onu göstərdi ki, bu sənətin də arxasında duran adamlar var. Hətta ölkə başçısının bir aktyora zəng vurub onunla maraqlanması qürurvericidir və onun teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq maaşlarının 50 faiz artırılmasıyla bağlı verdiyi sərəncam çox böyük stimuldur. Aktyorlar adətən uzun müddət öz bioqrafiyasında borc içində yaşayır, amma prezident mükafatları buna dəstək olacaq və aktyorlarımız artıq sabaha nə yeyəcəyi haqda yox, sənəti haqda düşünəcək. Bu sərəncam aktyorların ailəsində, məişətində bir nəfəs genliyi əmələ gətirəcək ki, onlar rahat yaşaya bilsinlər”.

Oxunub: 882
Oxşar xəbərlər
SON XƏBƏRLƏR