dini radikalizm və ekstremizmlə mübarizə

10 Mart - Azərbaycan xanəndəsi, aktyor, Azərbaycan Respublikasının Əməkdar və Xalq artisti Canəli Əkbərovun doğum günüdür!

10 Mart - Azərbaycan xanəndəsi, aktyor, Azərbaycan Respublikasının Əməkdar və Xalq artisti Canəli Əkbərovun doğum günüdür!

Canəli Xanəli oğlu Əkbərov 10 mart 1940 - cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olmuşdur. 2002 - ci ildə Şöhrət ordeni ilə təltif olunmuşdur. Canəli Əkbərov muğamın sirrlərini atasından öyrənmişdir. Canəli Əkbərov musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində almışdır.
Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirir. 1965 - ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının solistidi, 1976 - cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrı-nın solistidir.
. Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”), Aşıq qərib (Z.Hacıbəyov – “Aşıq Qərib”) obrazlarını yaratmışdır. Canəli Əkbərov xarici ölkələrdə - Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdur.
Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiq festivalında böyük nailiyyət əldə etmişdir. Canəli Əkbərov ifa etdiyi bütün muğamlar dəsgahlar vallara və disklərə yazılmlşdır. Canəli Əkbərov hal - hazırda muğam müəllimi kimi, gənc xanəndələr nəslini yetişdirir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muğam sənəti” kafedrasının müdiri vəzifəsində çalışır.
. BMM - ni və ADÜ - ni bitirib. 1989 - cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1992 - ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 1976 - cı ildən teatrın solistidir.

Oxunub: 780
Oxşar xəbərlər
SON XƏBƏRLƏR