dini radikalizm və ekstremizmlə mübarizə

Almaniyada yeni sərgi

Almaniyada yeni sərgi
Almaniyanın Baden Baden şəhərində gənc soydaşımız rəssam-heykəltəraş İlqar Şeydayevin növbəti sərgisinin açılışı oldu. Almaniyanın bir çox şəhərlərində fərdi sərgisi keçirilən soydaşımız çox maraqlı və qeyri-adi əsərləri ilə bu ölkədə yetərincə tanınır və sevilir. Sərgidə metaldan və qipsdən hazırlanmış heykəl və büstlər nümayiş olunur.
Qalereyanın direktoru Peter Deqlov fərdi sərgisinin açılışı münasibəti ilə İ.Şeydayevi təbrik edərək, bu əsərlərin gələn qonaqların böyük marağına səbəb olacağını qeyd etdi.
Azərbaycan Respublikasının Almaniyadakı fəxri konsulu Otto Hauser də öz növbəsində gələn qonaqları salamlayaraq azərbaycanın füsünkar təbiətindən, qədim tarixindən, xalqın özunəməxsus zəngin və çoxşaxəli mədəniyyətindən sərgi iştirakçılarına ətraflı məlumat verdi.
Konsul bildirdi ki, sərgidə İ.Şeydayevin yalnız heykəltəraşlıq nümunələri sərgilənsə də o özünü sənətin müxtəlif sahələrində sınayıb və bu sınaqdan da uğurla çıxıb. Rəssam heykəltəraşın yaradıcılığı ilə yaxından maraqlandığını söyləyən O.Hauser İ.Şeydayevin yaratdığı bütün əsərlərdə hiss və duyğularını canlandırmağa çalışdığını və bu əsərlərin məna və hisslərin dərinliyi ilə seçildiyini söylədi. Sərgi aprelin 6 -na kimi davam edəcək.

Təranə Feyzullayeva

Almaniyada yeni sərgi

Oxunub: 987
Oxşar xəbərlər
SON XƏBƏRLƏR