dini radikalizm və ekstremizmlə mübarizə

Natiq Mirzəliyev: “Ömrümüzün mayası sevgi ilə yoğrulsun...”

Natiq Mirzəliyev: “Ömrümüzün mayası sevgi ilə yoğrulsun...”
O teatrı çox sevir... Və ən çox da dostu res. əməkdar artisti Vahid Əliyevin tamaşalarını... Teatr haqqında maraqlı fikirləri var... O həm də şairdir... Təbiətdən ilham alaraq müxtəlif şeirlər yazır... Və etiraf edir ki, həyata, insanlara sevgi olmasa heç nə yaranmaz. O bir loğmandır... Bütün həyatı boyu insan sevgisiylə yaşayan loğman... Müsahibim uzun illər rusiyada fəaliyyət göstərən şair, loğman Natiq Mirzəliyevdir.

Gəlin, əvvəlcə teatrdan danışaq... Bu sahəni sevdiyinizi bilirəm.

-Həm də çox... Düzü etiraf edim ki, internetin tüğyan etdiyi bir dövrdə düşünürdüm ki, teatra adam az gələr. Amma fikirlərim alt-üst oldu teatra gedəndə. Dostların tamaşalarına baxıram və bu mənə ruh verir.Teatrın zamanı yoxdu. O həmişə aktualdı.

Bildiyimə görə gözəl şerlər yazırsınız…

-Bəli... Əlbəttə özümə şair demərəm heç zaman çünki şer aləminin öz böyük adları var... Amma insanam, ara-sıra olur. Gənclik illərində daha çox olurdu... Şeiri hər insan yazır məncə, bu onun duyğularının təcəssümüdür.

Bilirəm ki, uzun müddətdir ki, loğman kimi də fəaliyyət göstərirsiniz?

-Bəli, doğrudur... Bu da insanlara olan böyük sevginin və intensiv mütaliənin nəticəsidi..

Bu sahədə çoxmu mütaliə edirsiz?

-Bəli. Düşünürəm ki, hər şey elmə söykənməlidir. Bütün bağlı qapıların açarı kitablardadır. Mütaliə həmişə olmalıdır.

Özünüzü xalq təbabətinin bilicisi hesab edirsinizmi?

- Əgər yüzlərlə insana təbiətin möcüzəvi bitkiləri ilə şəfa vermək və bunun nəticəsinin sevincini yaşamaq mənə nəsib olubsa deməli ki, əziyyətim hədər getmətib... Bu gün dünyada məhz xalq təbabəti ilə məşğul olan loğmanlar çoxdur... Amma öz işinin bilicisi azdır... Xoşbəxtəm ki, bu sahədə də uğurlarım çoxdur. Ən böyük uğurum insanların dualarıdır...

Sizcə təbiətdə bu müalicəvi resurslar boldu ya tükənir?

-Yox ..hamıya yetəcək qədər zəngin təbiətə malik xalqıq. Yetər ki, onu qoruyaq ki, faydalana bilək. Ekologiya problemi bütün dünyada var. Və məncə düzgün təbliğat aparılmalıdır. Təbiət insan varlığının əsas meyarı kimi qorunmalıdır, bizlər tərəfdən...

Bir yaradıcı insan kimi insanlara sözünüz?

-Hər şeyin əvvəlində sevgi durur. Və bütün gözəlliklər sevgidən yaranır... Bir birimizi sevək, sevək ki, ömrümüzün mayası sevgi ilə yoğrulsun...

Təranə Feyzullayeva.

Oxunub: 1 874
Oxşar xəbərlər
SON XƏBƏRLƏR