dini radikalizm və ekstremizmlə mübarizə

GTT da qalmaqal davam edir.

GTT da qalmaqal davam edir.
Bu yaxınlarda GTT öz 90 illiyini təntənə ilə qeyd etdi. Bir çox aktyorlar fəxri ada layiq görüldü. Lakin çox təəssüf ki, bu günlər, teatr yeniden qalmaqalla gündəmə gəldi.
Xalq artisti Yasin Qarayevin dediyinə görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni təyin olunan direktoru Naidə İsmayılzadə bu barədə göstəriş verib: “Artıq xalq artistləri Ağaxan Salmanlının, Lətifə Əliyevanın, Əməkdar artistlər Atabala Səfərovin, Rahib Əliyev və başqalarının ərizələri alınıb. Yalnız mənimlə Xalq artisi Tariyel Qasımov etiraz edib işdən çıxmaq ərizəsinə qol çəkməmişik. ”
O bildirib ki, işdən çıxmaq səbəbi kimi yaş senzi göstərilib: “Bizə deyirlər ki, gəl, öz xahişinlə işdən çıxmağınla bağlı ərizə yaz. Mən də deyirəm ki, işdən çıxarırsınıza, onda ərizəmizdə qeyd edin ki, yaşı 70-i keçib, ona görə çıxarırıq. Bunu da yazmırlar. Guya Əmək Məcəlləsində belə bir maddə var ki, 65 yaşdan sonra işləmək olmaz. Axı biz fabrik-zavodda fəaliyyət göstərmirik, incəsənət sahəsində çalışırıq. Bizim oynadığımız tamaşalar var, onlar necə olacaq? Teatrda yaşlı nənə-baba rollarını kim oynayacaq? Guya biz Rusiya teatrlarından, Stanislavski məktəbindən nümunə götürür, onların yolu ilə işləyirik. Axı onlarda Etuş, Yuriski, Zaxarov, Şirvind və.s kimi 80-90-95 yaşlı teatr və kino xadimləri teatrdan çıxarılmır, qalıb işləyir, maaş alırlar? Bizim doğma teatrımızın 90 illiyində bizə hədiyyəsi budurmu?”

P.S Qocaman aktyorlar Yasin Qarayev, Tariel Qasımov, Lətifə Əliyeva milli teatrımızın sütunudur. Əgər bu gün onların istedadı, səhhəti səhnəyə çıxmağa imkan verirsə, niyə biz tamaşaçılar bundan məhrum olmalıyıq ? İnanırıq ki, haqq öz yerini tapacaq.

Təranə Feyzullayeva

Oxunub: 1 232
Oxşar xəbərlər
SON XƏBƏRLƏR