dini radikalizm və ekstremizmlə mübarizə

Bu gün Çingiz Əhmədovun doğum günüdür!

Bu gün Çingiz Əhmədovun doğum günüdür!

27 Dekabr - Azərbaycanın tanınmış komediya aktyoru, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktyoru, Prezident mükafatına layiq görülmüş Çingiz Əhmədovun doğum günüdür!

. Çingiz Əli - Əşrəf oğlu Əhmədov 27 dekabr 1962 - ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983 - cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. 1983 - cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunmuşdur. «Boşanaq, evlənərik», «Bəbirlinin kələkləri», «Qızıl toy», «Sevgilimin anası», «Məşədi İbad», «Qız görüşə tələsir» tamaşalarında çıxış etmişdir. 1991 - ci ildə Dövlət Gənclər Teatrına dəvət olunub. Gənclər Teatrından dəfələrlə cəbhə bölgələrinə getmiş, çıxışlar etmiş və bu çıxışları fərmanlara, diplomlara layiq görülmüşdür. Bundan başqa «Arvadımın əri özüməm», «Toy kimindir?», «Valeh, kəndinə qayıt», «Hamlet», «Ox və hədəf»,«Aldanmış kəvakib» və s. tamaşalarda da iştirak etmişdir. 2003 - cü ildə yenidən Musiqili Komediya Teatrına dəvət olunub. Bu illər ərzində S. Fərəcov, R.N. Güntəkin «Bir günlük siğə»əa Helmi, V. Adıgözəlov, Anar «Aldın payını, çağır dayını»da Əli Əyrizadə, R. Əkbər «Bəydullanın möhtəşəm toyu»nda Qeybulla, S. Ələsgərov, İsi Məlikzadə "Kələkbazlar”da Mayıl, R. Mirişli M. Haqverdiyev "Qısqanc ürəklər”də Əjdər, N.V. Qoqol "Evlənmə”də Kaçkaryov, E. Sabitoğlu, C. Məmmədov www.ferzeli-kef.comda otel şefi,Elçin"Baladadaşın toy hamamı”də Gümüş Malik kimi koloritli, duzlu obrazlar yaratmışdır.
. 09 May 2012 - ci ildә Azərbaycan Respublikasının Əmәkdar Artisti fәxri adına layiq görülmüşdür. 06 may 2015 - ci ildə, 06 may 2016 - cı ildə və 01 may 2017 - ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 2016 - cı ildə Azərbaycan Dövlət Musiqili Teatrı üzrə "İlin ən yaxşı aktyoru" adına layiq görülmüşdür.

Oxunub: 805
Oxşar xəbərlər
SON XƏBƏRLƏR