dini radikalizm və ekstremizmlə mübarizə

Mahir balaban ifaçısı

Mahir balaban ifaçısı

Lirik səsi ilə ürəkləri fəth edən balaban ən çox sevilən nəfəs alətlərindəndir. Çox qədim tarixi köklərə? malik olan bu alət instrumental xalq yaradıcılığında geniş istifadə olunur. Həmçinin, klassik muğam yaradıcılığında, Azərbaycan folklor rəqs melodiyalarinda və aşiq sənətində özünəməxsus yer tutur. Azərbaycanın ən qədim xalq musiqi alətindən biri balabanın adına Azərbaycan eposu sayılan "Kitabi Dədə Qorqud" dastanında, eləcə də klassik Azərbaycan şairlərinin əsərlərində rast gəlinir. Balaban musiqisi əsasən Azərbaycan musiqisində yeddi əsas muğamdan biri sayılan segah ladı üzərində qurulduğu üçün, onun ən savadlı və mahir ifaçıları, ruhları muğamla yoğrulmuş azərbaycanlılar sayılırlar.
Sevindirici haldir ki, balaban ifaçilarımız bu gün cağdaş musiqimizin dunyaya tanınmasında öz töhfələrini əsirgəmir. Bu ifaçilardan biri də istedadli balaban ifaçisi Rafael Əsgərovdur. Onun balaban ifasında səsləndirdiyi melodiyaları necazı qonşu ölkə musiqiçilərinin də qəlbini fəth edib. Rafael Əsgərov Respublikanın Xalq artisti, muğam sənətinin mahir ifaçisi Alim Qasımovun ansamblında dünyanın məşhur səhnələrində çixiş edib. Elmlər Akademiyasının “Dədə Qorqud” folklor ansamblının aparıcı solisti Rafael iranlı məşhur musiqiçisi, bəskəkar mugənni Pərvaz Homayın dəvətilə qonşu ölkəyə dəvət olunub. Konsert proqramının İranın Tehran və Təbriz şəhərlərinin geniş şəhnələrində keçirilməsi nəzərdət utulub. İfaçıdan bu haqda məlumat alarkən bildirdi ki, yanvar ayının əvvəllərində artıq qonşu ölkədə konsertin məşqləri başlayacaq.
Biz əminik ki, qardaş ölkədə veriləcək bu konsertlərin hər biri böyük anşlaqla keçəcək və ifaçıya möhtəşəm uğurlar bəxş edəcək. Onun mahir ifaçılıq sənətinə bötük inama söykənərək, bu yolda Rəfaelə yaradıcılıq nailiyyətləri arzulayır, Azərbaycanın bu qədim musiqi alətini bütün dünyada tanıtmasını diləyirik.

İlahə Tahirqızı
Mahir balaban ifaçısı
Mahir balaban ifaçısı
Mahir balaban ifaçısı

Oxunub: 1 138
Oxşar xəbərlər
SON XƏBƏRLƏR