dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda türk filmləri həftəsi başladı - Noyabrın 27-dək davam edəcək

Nizami Kino Mərkəzində türk filmləri həftəsinin açılışı olub.

ATV.az xəbər verir ki, sayca dördüncü olan tədbir Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə baş tutub. Açılışda Gizem Karaca, Burak Özçivit kimi tanınmış türk aktyorlar, habelə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak ediblər. Tədbirdə çıxış edən Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu türkdilli ölkələrdə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Dağlıq Qarabağdan bəhs edən Topçu gələcəkdə Türk dünyasının bir-birinin qələbələrini bayram etməsi arzusunu dilə gətirib. Hamımız fərqli bağçalarda böyüsək də, analarımız birdir, - deyə o qeyd edib. Çıxışlarından sonra xatirə mükafatları sahiblərinə təqdim edilib. Daha sonra türkiyəli rejissor Mehmet Günün 90-cı illər türk kəndinin həyatından, məktəbdə sinif yoldaşı olan oğlan və qızın məhəbbətindən bəhs edən “Güllər” filmi nümayiş olunub. Noyabrın 27-dək davam edəcək türk filmləri həftəsi çərçivəsində “Güllər”dən savayı, “Səni sevirəm, adamım”, “Can fəda”, “Hay” və “Anons” filmləri nümayiş ediləcək.

Oxunub: 765
Oxşar xəbərlər
SON XƏBƏRLƏR