dini radikalizm və ekstremizmlə mübarizə

Aşıq Şəmşirin anadan olmasının 125 illiyi münasibətilə Biləsuvar rayonunda geniş tədbir keçirilib

Aşıq Şəmşirin anadan olmasının 125 illiyi münasibətilə Biləsuvar rayonunda geniş tədbir keçirilib

Biləsuvarda, Aşıq Şəmşirin 125 illik yubileyi münasibətilə onun keçdiyi şərəfli ömür yoluna işıq salmaq üçün saz-söz adamları, ziyalılar, ictimaiyyət nümayəndələri rayonun “Gənclər evi”ndə bir araya gəlib.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev qonaqları salamlayaraq, böyük söz ustadının yubileyinin məhz cənub bölgəsində ilk olaraq Biləsuvarda keçirilməsini Aşıq Şəmşir yaradıcılığına, onun əziz xatirəsinə yüksək ehtiram əlaməti kimi dəyərləndirdi.
Yubiley mərasimində çıxış edənlər, aşığın böyüyüb boya-başa çatdığı kənddən söhbət açaraq tədbir iştirakçılarına maraqlı məlumatlar verdi. Vurğuladılar ki, Şəmşir poeziyası bizə ona görə xoş təsir bağışlayır ki, bu həzin çeşmələr, xışıltılı çaylar, sadə məğrur insanlarla bağlı milyonların ürəyinə hopub gələn təbii səsdir.
Tədbirdə iştirak edən “Dirili Qurbani” saz-söz ədəbi məclisinin fəal üzvlərinin ifasında “Ruhani” və “Orta sarıtel”, “Ağır şərili” havaları səsləndirildi. Kəlbəcər şairlərinin şeirləri dinlənildi. Tədbirdə xüsusi vurğulandı ki, aşıq sənətinin dünyanın qeyri maddi-mədəni irs siyahısına salınmasında Birinci vitse-prezidentin Mehriban Əliyevanın böyük xidmətləri var.
-Həbib Misirov, Aşıq Şəmşir Mədəniyyət Ocağı ictimai birliyinin sədr müavini:

Növbəti tədbirlərdən biridi ki, Biləsuvar rayonunda keçirilir. Bizimçün sevindirici haldır ki, Azərbaycanın cənub bölgəsində aşıq sənətinə belə diqqət və qayğı var. Aşıq sənətinə,saza-sözə belə hörmət var. Bu gün də tədbirimiz böyük coşquyla qeyd olundu.Aşıqlarımız Dədə Şəmşirin mahnılarını,...sözlərini oxudular. Və insanlarımız da saza-sözə necə qiymət verdiklərini burda iştirak etməkləri ilə bildirdilər. Biz də Aşıq Şəmşir Mədəniyyət Ocağı ictimai birliyi olaraq, dövlətimizin həyata keçirdiyi mədəniyyət siyasətinə dəstək olaraq silsilə tədbirlər keçiririk və öz köməkliyimizi göstəririk.
-Tariyel Abbaslı, “Dirili Qurbani” saz-söz ədəbi məclisinin rəhbəri:
Biz bu gün “Dirili Qurbani” məclisinin üzvləri bu tədbirə gəlmişik. Bizim üzvlərimiz, aşıqlarımız, şairlərimiz bu məclisdə iştirak edirlər. Və..Dədə Şəmşirə xalq sevgisini burda siz də gördünüz, biz də gördük, bu sevgi necədi, bu sevgi ölən deyil, öləziyən deyil. Bu insanların bu şəkildə bura toplaşması, bir də onu göstərir ki, görün bizim xalq sənətimiz, aşıq sənətimiz nə qədər xalqımızın qəlbinə, ürəyinə, qanına işləyib. Və bu onu göstərir ki, saz artıq dünyanı fəth eləyib.Bax, bu bizi sevindirir.

Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai Birliyinin sədri Qənbər Şəmşir oğlunun adından Fəxri Diplom təqdim olundu.

Samir Qurbanov
Aşıq Şəmşirin anadan olmasının 125 illiyi münasibətilə Biləsuvar rayonunda geniş tədbir keçirilib
Aşıq Şəmşirin anadan olmasının 125 illiyi münasibətilə Biləsuvar rayonunda geniş tədbir keçirilib
Aşıq Şəmşirin anadan olmasının 125 illiyi münasibətilə Biləsuvar rayonunda geniş tədbir keçirilib
Aşıq Şəmşirin anadan olmasının 125 illiyi münasibətilə Biləsuvar rayonunda geniş tədbir keçirilib

Oxunub: 832
Oxşar xəbərlər
SON XƏBƏRLƏR