dini radikalizm və ekstremizmlə mübarizə

21 Noyabr - Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüş Ruhəngiz Allahverdiyevanın doğum günüdür!

21 Noyabr - Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüş Ruhəngiz Allahverdiyevanın doğum günüdür!

Ruhəngiz Baladadaş qızı Allahverdiyeva 21 noyabr 1955 - ci ildə Lənkəran şəhərində anadan olmuşdur.
O, orta məktəbini bitirdikdən sonra "Təranə gənclik" ansamblında müğənni kimi fəaliyyətə başlamışdır.
1973 - cü ildən başlayaraq əvvəl Filarmoniyada, daha sonra isə "Azkonsert" qastrol birliyində "Lalə" qızlar ansamblının solisti olmuş, keçmiş SSRİ məkanının bir çox şəhərlərində, xarici dövlətlərdə, o cümlədən Türkiyədə, Almaniyada, Macarıstanda, Vyetnamda, Əfqanıstanda qastrol səfərində olmuş, Azərbaycan musiqi mədəniyyətini uğurla təmsil etmişdir.
1976 - cı ildə Azərbaycanda keçirilən "İstedadlar axtarırıq" festivalının qalibidir.
Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir.
Müğənni, 15 may 2006 - cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.
2 oğlu və bir qızı var.

Oxunub: 775
Oxşar xəbərlər
SON XƏBƏRLƏR