» » Azərbaycanla Gürcüstan arasındakı mədəni sahədə əlaqələrin inkişafı müzakirə olunub

Azərbaycanla Gürcüstan arasındakı mədəni sahədə əlaqələrin inkişafı müzakirə olunub

Azərbaycanla Gürcüstan arasındakı mədəni sahədə əlaqələrin inkişafı müzakirə olunub
Gürcüstanda səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 8-də baş nazir Giorgi Kvirikaşvili ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlığın daha da möhkəmlənməsindən məmnunluq ifadə olunub. Strateji tərəfdaşlığın mədəni sahələrdə əlaqələrin inkişafına geniş imkanlar yaratdığı qeyd olunub. Tərəflər bu əlaqələrin daha da inkişaf etməsində maraqlı olduqlarını bildiriblər.
Görüşdə həmçinin Gürcüstan ilə Avropa İttifaqının birgə təşkil etdikləri “Mədəniyyət və yaradıcılıq, innovasiyalar və yaradıcılıq” layihəsinin əhəmiyyəti, dekabrın 8-də Tbilisidə keçirilən beynəlxalq forumun mədəni əlaqələrin inkişafındakı rolu, yaradıcı sənayenin, yeni texnologiyaların, inkişaf təşəbbüslərinin yerlərdə və regionlarda reallaşdırılmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb.
Mədəniyyətin şaxələndirilməsi, turizmin inkişafı, turistlərin sayının artım dinamikası yüksək qiymətləndirlib.
Bildirilib ki, iki ölkənin digər sahələrdə olduğu kimi, mədəni sahədə də əməkdaşlığı, yaradıcı sənayenin inkişafı böyük uğurlara nail olmağa imkan yaradır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov, Milli Məclisin deputatı Rauf Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728