dini radikalizm və ekstremizmlə mübarizə

İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb

İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb

Sentyabrın 15-də C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 137-ci mövsümünü R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası ilə açıb. Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. O, bildirib ki, tədbiri açıq elan edən İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev ötən mövsümdə teatrın qazandığı yaradıcılıq uğurlarından, yeni mövsümdə teatr sevərlər üçün təqdim olunacaq tamaşalardan, premyeralardan, 100 il əvvəl bugün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakını erməni daşnaklarından və rus bolşeviklərdən azad etdiyi günün tarixindən, şərəfli yolundan danışıb. Sonra söz Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, “Aydınlar Ocağı” Humanitar İctimai Birliyinin sədri Vüqar Qədirov və Türkiyədən dəvət olunmuş Anadolu Aydınlar Ocağının başqanı, professor İbrahim Öztəkə verilib. Onlarda öz çıxışlarında İrəvan Teatrının kollektivini yeni mövsüm münasibəti ilə təbrik edərək, səhnə fəaliyyətində yaradıcılıq uğurları arzu ediblər. İrəvan Teatrı ilə Anadolu Aydınlar Ocağının “Azərbaycan-Türkiyə kültür və sənətdə DEV kardeşlik və candaşlıq” layihəsindən, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakını erməni daşnaklarından və rus bolşeviklərdən azad etdiyi gündən danışıblar.
Daha sonra səhnəyə Aydınlar Ocağının başqanı, professor İbrahim Öztəkin rəhbərliyi ilə təşrif buyurmuş İbrahim Öztek, Fatma Renin Öztek, Emine Ateşoğlu, Hasan Ateşoğlu, Şerefettin Canda, Tülay Canda, Lütfü Baş, Figen Baş, Hasan Özdemir, Mustafa Kemal Cerrahoğlu, Cengiz Arslan, Hacı Nail Altunay,Mülazım Paşa və Aynur Saydam kimi mötəbər qonaqlar dəvət olunaraq qarşılıqlı mükafatlar, hədiyyələr və Fəxri Fərman təqdim edilib.
Tamaşadan öncə professor İbrahim Öztək100 il əvvəl bugün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakını erməni daşnaklarından və rus bolşeviklərdən azad etməsi haqqında konfrans verib. Konfransdan sonra səhnə əsəri nümayiş olunub.
Qonaqlar arasında Kıbrız müharibəsinin iştirakçıları ilə bərabər tamaşa izləyicilər tərəfindən böyük rəğbət, sevgi, alqışlarla qarşılanıb.
Xatırladaq ki, tamaşanın quruluşçu rejissoru və tərtibatçı rəssamı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.
Rollarda aktyorlar Natiq Həziyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Rövşən Cəfərov, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Nicat Mirzəzadə, Tural Xəlilzadə, Güney Əliyeva və Bəhruz Hikmətoğlu çıxış ediblər.
Müəllif əsərdə ermənilərin qondarma türk genosidi məsələsinə tarixi faktlara əsaslanaraq tutarlı və dolğun cavab verməyə çalışmışdır. Zaman axarında ermənilərin Azərbaycanlıların başlarına gətirdikləri müsibətləri, türkləri qırmaq üçün həyata keçirdikləri andiçmə mərasimləri, xüsusi amansızlıqla diri-diri yandırılan türklərin, kürəyinə qaynar samovar bağlanaraq susdurulan Aşıq Nəcəfin acı taleyi, qadınların və uşaqların ah-naləsi və digər vəhşiliklər tamaşada öz əksini tapmışdır. Tamaşa həmmüəllif, həm də maraqlı rejissor yozumu, məharətli aktyor ifası ilə vəhdətdə dolğun vətəsirli bir səhnə əsərinin yaranmasına səbəb olmuşdu. Ən çətin məqamlarda Nuru Paşanın türk bayrağı altında öz qoşunu ilə Azərbaycana gəlişi, Milli qəhrəmanımız Mübariz İbrahimovun nəşinin vətənə gətirilməsi səhnələri və cənab Prezidentimizin o zaman dediyi “Biz hər birimiz torpaqlarımızın azadlığı uğrunda şəhid olmağa hazırıq, təki Vətən sağ olsun”! sözlərinin səsləndirilməsi, səhnəsinin yaratdığı coşqu tamaşaçılara böyük həyəcan yaşadır.

Teymur Bayramov
Mətbuat xidməti

Oxunub: 1 041
Oxşar xəbərlər
SON XƏBƏRLƏR