» » Tanınmış teatr rejissoru və aktyor Ədalət Ziyadxanov vəfat edib.

Tanınmış teatr rejissoru və aktyor Ədalət Ziyadxanov vəfat edib.

Tanınmış teatr rejissoru və aktyor  Ədalət Ziyadxanov vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə aktyor Elxan Rza “Facebook” hesabında məlumat verib.

Qeyd edək ki, Ədalət Ziyadxanov ötən il ruhi xəstəxanaya yerləşdirilmişdi.

Onu da əlavə edək ki, rejissor 1946-cı ildə Bakıda anadan olub. Əvvəllər Şəki Teatrında rejissor, Ağdam Teatrında baş rejissor işləyib. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb.

Mədəniyyət və İncəsənət Universitetində sənətşünaslıq fakültəsində “ədəbi yaradıcılıq” ixtisası üzrə dərs deyib. Ziyadxanovun Bakı Bələdiyyə Teatrında səhnələşdirdiyi Aqşin Babayevin “Oğul” əsəri “Dərviş” mükafatına layiq görülüb.

Tamaşalarının böyük bir hissəsi Azərbaycan televiziyasının qızıl fondundadır.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930