dini radikalizm və ekstremizmlə mübarizə

Mais Salmanov haqq dünyasına qovuşmuşdur

Mais Salmanov haqq dünyasına qovuşmuşdur
25 İyul - Azərbaycan xanəndəsi, Azərbaycan Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident təqaüdçüsü adına layiq görülmüş Mais Salmanov haqq dünyasına qovuşmuşdur!

Mais Qurban oğlu Salmanov 12 fevral 1933 - cü ildə Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Azərbaycan opera sənətinin və musiqisinin inkişafına töhfələr verib, uzun müddət Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnun rolunun ifaçısı olub.
. 1978 - ci ildə Azərbaycanın Əməkdar artisti, 2000 - ci ildə Prezident təqaüdçüsü adına layiq görülmüşdür.
. Mais Salmanov 25 iyul 2008 - ci ildə Bakıda vəfat etmişdir.
. Tanınmış neftçi - alim Fərman Salmanovun qardaşıdır.

Oxunub: 1 416
Oxşar xəbərlər
SON XƏBƏRLƏR