» » Puşkinin anadan olmasının ildönümü qeyd edilib

Puşkinin anadan olmasının ildönümü qeyd edilib

Puşkinin anadan olmasının ildönümü qeyd edilib


Dahi rus şairi A.S.Puşkinin anadan olmasının 219-cu ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti, Rusiyanın ölkəmizdəki səfirliyi və “Sodrujestvo” Cəmiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Rayon icra hakimiyyətindən hafta.az-a bildiriblər ki, əvvəlcə şəhərimizin mərkəzində A.S.Puşkinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə açılmış heykəli önünə gül dəstələri qoyulub. Böyük rus şairinin abidəsi önündə keçirilən tədbirdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açılıb.

“Sodrujestvo” Cəmiyyətinin sədri Tatyana Kərimova belə tədbirlərin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Artyom Brkov, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalıdə Bayramova və digərləri ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum gününün qeyd edilməsinin mühüm rol oynadığını bildiriblər. Qeyd edilib ki, rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olmuş A.S.Puşkin dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şeirləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunub, yaradıcılığında rus xalqının arzuları və zəkası öz parlaq ifadəsini tapıb. Puşkinin əsərləri görkəmli Azərbaycan şairləri və yazıçıları tərəfindən tərcümə olunub. Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin rolu böyükdür.

Tədbirdə Səbail rayonundakı orta məktəblərin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı rus icmasının nümayəndələri çıxış edib, ölməz şairin şeirlərini Azərbaycan, rus, alman, italyan və ingilis dillərində səsləndiriblər.

Xədicə Abdul
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930