» » Türkiyənin məşhur serialında təcavüz qalmaqalı: 19 yaşlı qızı...

Türkiyənin məşhur serialında təcavüz qalmaqalı: 19 yaşlı qızı...

Türkiyənin məşhur serialında təcavüz qalmaqalı: 19 yaşlı qızı...


Fox TV-də yayımlanan "Yasak Elma” serialında təcavüz qalmaqalı yaranıb.

Adı çəkilən serialda baş qəhrəmanlarından olan Talat Bulut 19 yaşlı kostyum köməkçisi Özge Şimşəkə təcavüz etmək istəyib. Özge Şimşək hadisənin necə baş verməsini belə danışıb:

"Tələt Buludun qalstukunu düzəldirdim. Bu zaman o, "Gəl, arxa tərəfdə edək”, - dedi. Orada məni dodağımdan öpdü və getdi. Hadisənin şokundan donub qaldım və drəhal çəkiliş heyətinin yanına çıxdım. Məni öpərkən yanımda heç kim yox idi. Amma məni oraya çağırarkən bizi görən şahidlərim var. Sabah məhkəməyə şikayət edəcəyəm. Maddi-mənəvi təzminat lazım deyil, ona cəza verilməsini tələb edəcəyəm. Etdikləri cəzasız qalmamalıdır, başqası eyni şeyi yaşamasın".

Hadisə ilə bağlı serialın prodakşın rəhbəri Fatih Aksoy açıqlama verib:

"Bu gün gənc əməkdaşımızla görüşdük. Talat Bulutla da danışacağıq. Ağır ittihamlar səsləndirilir. Bu səbəbdən səhv bir addım atmaq istəmirəm və onları qaralamaq niyyətim də yoxdur. Üzərimə düşən vəzifəni yerinə yetirəcəm”.

Baş verən bu hadisə ilə bağlı Tələt Bulud vəkili vasitəsilə açıqlama yayıb:

"Müvəkkilim Tələt Bulud haqqında bir neçə gündür sosial mediada və digər media orqanlarında ortaya atılan iddialar tamamilə əsassızdır. Tələt Bulud 42 il ərzində sənət dünyasında hörməti olan və ictimai məsələlərə həssaslığı ilə insanların sevgisi qazanan sənətçidir. Bir gənc qız müvəkkilimi cəmiyyət qarşısında nüfuzdan salmağa çalışılır. Müvəkkilim barəsində ki, bütün iddiaları rədd etməklə yanaşı, biz də məhkəməyə müraciət edəcəyik”.

Xatırladaq ki, aktrisa Hande Ataizi də 18 il əvvəl "Mələklər Evi" filmindəki tərəf müqabili Tələt Buludu təcavüzlə günahlandırmışdı.

Xədicə Abdul
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930