dini radikalizm və ekstremizmlə mübarizə

Titullarının alınması üçün prezidentə müraciət edildi

Titullarının alınması üçün prezidentə müraciət edildi
Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz triosu” filmi mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunan mövzudur. 2015-ci ildə lentə alınan filmin rejissoru gürcü əsilli Eldar Şengelaya və Fuad İbrahimovdur.

Dağlıq Qarabağ mövzusunun adı belə keçməyən filmdə azərbaycanlılar ermənilərlə müqayisədə vəhşi, qəddar, qorxaq obrazında təqdim edilib. Bunun əksinə, ermənilər ziyalı, mərhəmətli şəxslər kimi qələmə verilib. Milli Şuranın qurucusu və rəhbərlərindən biri kimi vaxtilə prezidentliyə namizədliyini irəli sürən Rüstəm İbrahimbəyovun öz xalqına bu cür münasibət bəsləməsi və bunun fonunda Ermənistanla Azərbaycanı alçaq formada müqayisəyə qoyması, filmdə özünü yeganə “yaxşı azərbaycanlı” kimi təqdim etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

“Qafqazinfo” xəbər verir ki, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycan dövləti tərəfindən Rüstəm İbrahimbəyova verilmiş bütün titullar, fəxri adlar geri alınmalıdır. Çünki artıq Rüstəm İbrahimbəyov öz hərəkəti ilə həmin titulları daşımaq haqqını itirib: “Rüstəm İbrahimbəyovun atdığı addım sağlam düşüncəyə sığan məsələ deyil. Ermənilər belə bir film hazırlasaydılar bəlli olacaqdı ki, bu, ermənilərin əsrlərdir apardığı anti-azərbaycan təbliğatının tərkib hissəsidir. İndi ermənilərdən daha betər Rüstəm İbrahimbəyov Azərbaycan xalqına böhtan atır. Dünyaya Azərbaycanı olduğu kimi deyil, olduğunun tamamilə əksi kimi təqdim edir. Bu, artıq şərəfsizlikdir, ləyaqətsizlikdir, xalqına xəyanətdir. Rüstəm İbrahmibəyovun çəkdiyi film xüsusi sifarişlə çəkilib. Təəssüflər olsun ki, Rüstəm İbrahimbəyov öz millətinin alçaldılması üzərindən özünü hansısa dairələrin mükafatlarını almaq istəyir. Ona Azərbaycan xalqı öz qiymətini verdi. O, Azərbaycan xalqının tarixində yaşayası insan deyil.

Oxunub: 1 192
Oxşar xəbərlər
SON XƏBƏRLƏR