» » Azərbaycan nümayəndəsi UNESCO QHT Simpoziumunda Qarabağ həqiqətlərindən danışıb

Azərbaycan nümayəndəsi UNESCO QHT Simpoziumunda Qarabağ həqiqətlərindən danışıb

Azərbaycan nümayəndəsi UNESCO QHT Simpoziumunda Qarabağ həqiqətlərindən danışıb
UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin bu il noyabrın 28-də baş tutmuş 11-ci sessiyasında “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctima Birliyinin nümayəndəsi Qarabağ həqiqətlərindən danışıb.
DJB.az xəbər verir ki, İB-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, birliyin nümayəndəsi Fazil Qasımov simpoziumda “silahlı münaqişələrin mədəni irsə təsirləri” mövzusunda çıxış edib. O, Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində Azərbaycanın mədəni irsinin erməni vandalizminə məruz qaldığını auditoriyanın diqqətinə çatdırıb.
F.Qasımov çıxışında Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyona yaxın Azərbaycan vətəndaşının məcburi köçkünə çevrildiyini, onların qeyri-maddi mədəni irsinin təcili qorunmağa ehtiyacı olduğunu vurğulayıb. Natiq Ermənistanın işğalçı siyasətinin Qafqaz regionunda sülhə, sabitliyə təhlükə yaratdığını, bölgədə yaşayan xalqlar arasında mədəniyyətlərarası dialoq imkanlarını məhdudlaşdırdığını söyləyib.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İB-niniyunun 1-də UNESCO-nun “Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Konvensiya”ya üzv dövlətlərin Baş Assambleyasının 6-cı sessiyasında UNESCO-da akkreditasiyasına dair qərar qəbul olunub və İctimai Birliyə UNESCO-da məsləhətçi status verilib.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031