» » Daha bir prezident "Diriliş Ertuğrul" heyranı imiş

Daha bir prezident "Diriliş Ertuğrul" heyranı imiş

Daha bir prezident "Diriliş Ertuğrul" heyranı imiş


"Diriliş Ertuğrul" serialının rejissoru Mehmet Bozdağın İnstaqram hesabında etdiyi paylaşım minlərlə bəyənmə toplayıb.

DJB.Az axşam.az-a istinadən bildirir ki, Mehmet səhifəsində Venesuela prezidenti Nikolas Maduronun "Diriliş Ertuğrul" heyranı olduğunu sübut edən bir foto yerləşdirib.

Rejissorun "Serialımızı izləyən Venesuela prezidenti bizə salam göndərib. Ona təşəkkür edirik" qeydi ilə paylaşdığı foto qısa zamanda minlər "like" və şərh toplayıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da müsahibələrindən birində "Diriliş Ertuğrul"un heç bir bölümünü qaçırmadığını bildirib.
Oxşar xəbərlər
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30