dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda beynəlxalq mahnı müsabiqəsi başlayır

Bakıda beynəlxalq mahnı müsabiqəsi başlayır


Mayın 21-26-da Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən “Youthvision” III beynəlxalq mahnı müsabiqəsi keçiriləcək.

ATGTİ-dan bildiriblər ki, müsabiqənin qala konserti mayın 25-də Bakıdakı “Elektra Events Hall”da təşkil olunacaq.

“Youthvision” III beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi təşəbbüsü ATGTİ-yə məxsusdur. Müsabiqənin keçirilməsində məqsəd yaradıcı və istedadlı gənclərin potensiallarının üzə çıxarılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Müsabiqə haqqında məlumatın yerləşdirilməsi və iştirakçıların onlayn qeydiyyatı məqsədilə 2016-cı ildə “youthvision.az” saytı istifadəyə verilib. Müsabiqə 14-35 yaşlı gənclər arasında keçirilir. Müsabiqədə qiymətləndirilmə beynəlxalq münsiflər heyəti tərəfindən aparılır. Bu məqsədlə hər iştirakçı dövlətdən bir nəfər münsiflər heyətinin üzvü kimi dəvət olunur.

Müsabiqənin ümumi mükafat fondu 6 min ABŞ dolları təşkil edir. Əsasnaməyə görə, beynəlxalq münsiflər heyəti tərəfindən ən çox bal toplamış ilk üç yerin qalibləri mükafatlandırılacaqlar. Birinci yer üçün 3000, ikinci yerin sahibi üçün 2000, üçüncü yer üçün isə 1000 ABŞ dolları məbləğində mükafat nəzərdə tutulub.

“Youthvision 2018” beynəlxalq mahnı müsabiqəsinə 30-a yaxın ölkədən iştirakçılar, münsiflər və onları müşayiət edən nümayəndələrin qatılması gözlənilir.

Xədicə`Abdulova

Oxunub: 819
Oxşar xəbərlər
SON XƏBƏRLƏR