dini radikalizm və ekstremizmlə mübarizə

Nübar Novruzova: "Analar ağlamasın"

Nübar Novruzova: "Analar ağlamasın"
Onunla bir kafede görüşdük... Bir az sakit, bir az çılğın idi... Düşünürdüm ki, baş başa söhbət edəcəyik... Amma ətrafda onu tanıyanlar imkan vermədi... Hətta mənim mətbuat nümayəndəsi olduğumu bilən kimi təriflər başladı... Onun fitri istedadından, tamaşadakı obrazların təbiiliyindən və s... Bu insanların hər biri haqlı idi... Çünki Respublikanın əməkdar artisti Nübar Novruzova həqiqətən səhnədə hər şeyi unudaraq rolu ilə yaşayır... Bu isə tamaşaçını biganə qoya bilməz.
Onun dəvəti ilə Gənc Tamaşaçılar teatrında, Ayla Osmanovanın quruluşunda "Ağ ölüm" tamaşasına baxdım. Tamaşa, cəmiyyətin ən böyük bəlasına çevrilən narkomaniyaya, onun cəmiyyətdə törətdiyi faciələrə həsr olunub. Quruluşçu rejissor Ayla Osmanovadır. Tamaşa boyu bir ananın yaşadığı əzabların içində boğulursan... Nübar Novruzova bu obrazı o qədər dolğun və inandırıcı ştrixlərlə təsvir edir ki, insanın həyəcanı bitib tükənmir... Bu tamaşa teatrın da aktrisanın da növbəti yaddaqalan uğurudu desək yanılmarıq.
Tamaşa bitər bitməz Nübar Novruzova teatrın qarşısında öz fanatları ilə qarşı-qarşıyadı... Kimdi bu insanlar? Əlbəttə ki, tamaşa boyu göz yaşları belə axıdan qadınlar... Nübar xanımın sənətini sevən və qiymətləndirən analar... Hələ də tamaşanın təsirindən çıxa bilməyən tamaşaçılar... Uzun illərdir ki, bu teatrda bir-birindən maraqlı obrazlar yaradan istedadlı aktrisa öz möhtəşəm yubileyinə hazırlaşır. Bu münasibətlə yeni tamaşanın gecə gündüz məşqlərinə davam edir. Əlbəttə yubileyin məsuliyyəti bam-başqadı. Özü də klassik bir əsərdə çalışmaq... İnanırıq ki, bu rolun da öhdəsindən layiqlə gələcək...
O həm də anadır. Həssas, kövrək ana... Sevimli qızı Ali Təhsil Ocağında təhsil alır. Deyir ki, hər an narahatdır... Və deyir ki, dünyada ona Tanrı tərəfindən verilən ən böyük duyğu Analıq duyğusudur... Ən böyük arzusu isə Analar heç zaman ağlamasın!
Nübar Novruzova bir aktrisa, bir ana olaraq haqlıdır. Qadınlar heç zaman ağlamasın. Qoy onların göz yaşı yalnız sevincdən yaransın...

Təranə Feyzullayeva

Nübar Novruzova: "Analar ağlamasın"

Oxunub: 2 119
Oxşar xəbərlər
SON XƏBƏRLƏR