dini radikalizm və ekstremizmlə mübarizə

Gənc və istedadlı aktyor Rəşad Vahidzadə

Gənc və istedadlı aktyor Rəşad Vahidzadə
1992-ci il fevral ayının 2-də Laçın şəhərində anadan olmuşdur. Orta məktəbi Sumqayıt şəhərində bitirdikdən sonra ali təhsilini Türkiyənin Karabukda Universitetində davam etdirərək, eyni zamanda aktyorluğa olan həvəsindən "teatr və aktyorluq" kurslarında da təhsilini davam etdirmişdir. Təhsil aldığı müddətdə Rəşadın Türkiyənin komediya ustası, milyonlarla izləmə rekordlarını qıran "Receb İvedik" kimi tanınan Şahan Gökbakara bənzərliyindən ona elə Rəcəb İvedik obrazında Türkiyədə qalıb işləməyi təklif olunmuşdur. Lakin bağlanan müddətsiz müqavilənin bəzi şərtləri ilə (heç bir film və prodakşnlarla işləməmək) razilaşmayan Rəşad öz vətəninə geri dönür.
Azərbaycanda bir-birinin ardindan da bir çox film və seriallara dəvət alır; "Qiz atası", "Həyat sən nə qəribəsən", "Bacanaqlar" və b.
Müsahibimiz Rəşad Vahidzadə bizi və onu sevən tamaşıçılarının suallarını da cavablandırdı.
Sual; Demək olar ki, oynadığınız bir çox obrazlarınız komik obrazlardı. Və onu da qeyd edək ki, bu sizdə çox uğurla alınır. Bəs özünüzü ciddi və ya dramatik obrazlarda görürsünüzmü?
Cavab; Sizinlə tamamile razıyam. Mən hələ Türkiyədə olarkən belə mənim hər hərəkətimdə, hər davranışımda, hətta səs tembrimdə belə mənə Rəcəb İvedik deyə müraciət edirdilər. Ona görə də mən komik obrazları çox asanlıqla oynaya bilirəm. Əslində isə həyatda çox ciddiyəm və əlbəttə ki, filmlərdə də ciddi və dramatik rollarda da oynaya bilərəm.
Mənə elə gəlir ki, peşəkar aktyor ona həvalə olunan hər bir rolun öhdəsindən gəlməlidir.
Sual: Filmlərdə çox çekilmisiniz, bəs teatrda necə, işləmək istərdinizmi?
Cavab: Əlbəttə istərdim. Teatr aktyor üçün bir mektəbdir. Bir çox komediya aktyorları tanıyıram ki, onlar komediya janrından uzaqlaşa bilmirlər, oynasalar belə onlarda alınmır. Amma öz müşahidələrimdən deyə bilərəm ki, teatr aktyorları hər bir rolu çox məharətlə oynamağı bacarırlar.
Sual: Bəyəndiyiniz aktyorlar?
Cavab: Xalq artistlərindən Afaq Bəşir qızı və Firengiz Mütəllibova, Elməddin Cəfərov, Pərvin Abıyeva, Fərda Xudaverdiyev və b.
Sual: Bəs hansı rejissorlarla və necə bir filmdə çekilməyi istərdin?
Cavab: Ən çox bəyəndiyim rejissorlar Kənan Mahmudov,
Samir Qulamov, Rövşən İsak, Ramin Hacıyev, Rafael Bağırov, Elvin Abdulla kimi rejissorların dramatik və ya qorxu filmlərinin birində hətta psixopat rolunda belə oynamağı çox istərdim.
Sual: Sizin baş rolda çekildiyiniz bir filmə görə saç-saqqal, dırnaq uzatmağınızı görmüşdük. O filmin aqibəti necə oldu?
Cavab: Həmin film "GülƏhməd" filmi idi. Doğrudur, həmin film görə aylarla çox əziyyət çekmişdim, çox təssüflər olsun ki, həmin filmin nümayişi dayandırıldı.
Sual: Gənclərə nəsihətiniz.
Cavab: Gənclərə nəsihətim odur ki, öz tariximizi dərindən öyrənsinlər. Vətənimizə və millətimizə layiqli övlad olsunlar, bir-birilərinə dəstək olsunlar.Elmli-savadlı olsunlar.
Sual: Dostluqda dəyər verdiyin ən dəyərli xüsusiyyətlər.
Cavab: Hər bir kəsə dost deyilməz, amma çox acınacaqlı haldır ki, bəzən bilmədən dost və ya qardaş dediklərimizdə yanılırıq. Son zamanlar dost dediyim üç nəfərdən ikisi arxamdan işlər gördüklərinə çox üzüldüm. Onlar öz pisliklərindən qalmasınlar məndə öz yaxşılığımdan qalmayacam.

Lalə Qəzənfər

Gənc və istedadlı aktyor Rəşad Vahidzadə
Gənc və istedadlı aktyor Rəşad Vahidzadə
Gənc və istedadlı aktyor Rəşad Vahidzadə
Gənc və istedadlı aktyor Rəşad Vahidzadə
Gənc və istedadlı aktyor Rəşad Vahidzadə
Gənc və istedadlı aktyor Rəşad Vahidzadə
Gənc və istedadlı aktyor Rəşad Vahidzadə

Oxunub: 1 403
Oxşar xəbərlər
SON XƏBƏRLƏR