dini radikalizm və ekstremizmlə mübarizə

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” əsəri oynanılacaq

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” əsəri oynanılacaq
31 mart azərbaycanlıların soyqırımı tarixinin 100 illiyi münasibəti ilə

“Soyqırımı tarixinin dastanı” oynanılacaq


Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 31 mart azərbaycanlıların soyqırımı tarixinin 100 illiyi münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyi tədbirlər həyata keçirir. Bu tədbirlər planı çərçivəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” əsəri 31 mart 2018-ci il tarixində, saat 11:00-da İrəvan Teatrının binasında oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru və tərtibatçı rəssamı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

Rollarda Əməkdar artist Vaqif Kərimov, aktyorlar Natiq Həziyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Rövşən Cəfərov, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Ceyhun Əliyev, Tural Xəlilzadə, Güney Əliyeva və Bəhruz Hikmətoğlu çıxış edəcəklər.

Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

Oxunub: 1 020
Oxşar xəbərlər
SON XƏBƏRLƏR