dini radikalizm və ekstremizmlə mübarizə

Nuriyyə Əhmədova-"Film kimi bir həyat"…

Nuriyyə Əhmədova-"Film kimi bir həyat"…
Kinonu çox sevirəm... Dünya kinosunun incilərini seyr etmək böyük zövq verir. Uzun müddət mətbuatda bu sahədə yazmışam. Əlbəttəki, milli kinomuzun inciləri öz yerində. Amma məni narahat edən ən ümdə problemlərdən biri bizim kinoda qadın obrazının əksər hallarda kölgədə qalması, yaxud da ikinci dərəcəli olmasıdır... Niyə? Nəüçün? Ən əsası bunun kökündə əsərlərin bu mövzuda qıtlığıdı məncə. Halbuki qadın fenomeni o qədərçox şaxəli və güclüdüki, onu hətta bir filmə belə sığdırmaq çətin olardı. Amma söhbət açacağım aktrisa ən kiçik epizodda belə böyük qadın obrazı yaratmağa müvəffəq oldu. Və onun bütün rolları yadda qaldı, hətta bəzən baş rolları belə kölgədə qoydu. O bir daha öz yaradıcılığı ilə təsdiq etdiki,ekranda o qədər də gözəl olmağa lüzum yoxdu...Yetər ki, daxilin zəngin olsun... Məsələn heçdə gözəl olmayan, amma dünya kinosuna adını böyük hərflərlə yazan Anna Manyani buna sübutdu.
Xalq artisti Nuriyyə Əhmədova 1950-ci il dekabrın 26-da dünyaya gəlmişdi. Və həyatını kinoya başlamışdı...Məhz həyatını... Çünki sonralar həyatındakı faciələri yaşaya yaşaya çəkiləcəkdi filmlərə... Bəlkə də tamaşaçı xəbərsiz-xəbərsiz seyr edəcəkdi bu möhtəşəm aktrisanı, doyunca güləcəkdi obrazların bəzən komikliyinə... Amma onun axıtdığı göz yaşlarından bixəbər... Nuriyyə xanım dərində gizlətdiyi acıları özünə saxlayırdı. Düşünürdü ki, bu heç kəsə maraqlı deyil.
Yüzlərlə Azərbaycan filmlərinə həyat verdi aktrisa. İrili-xırdalı obrazları yaşadı və yaşatdı aktrisa... Ən əsası o obrazlarına milli ruh, milli kolorit verdi. Bu obrazlara hansı rakursdan baxırsan bax, millətin, vətənin ruhunu hiss edəcəksən. Məsələn "Bağ mövsümü" filmini yada salaq.Obrazın son dərəcə səmimiliyi, milliliyi baş qəhrəmandan geri qalmır... Sanki bizlərdən biridi ekranda, aktrisa yox... Və yaxud "Həm ziyarət həm ticarət" filmi. Bu filmdə də onun qadın obrazı nə qədər sadəlövholsa da bir o qədər də sevimlidir... Nuriyyə xanım ən kiçik jestlərlə belə obrazına yeni nəfəs gətirməyi bacarırdı. Bu isə onun professionallığından irəli gəlirdi. Kim idi Nuriyyə Əhmədova? Rejissorların filminə ən kiçik epizodda belə uğur gətirən, tamaşaçının yaddaşında səmimiliyi ilə yadda qalan aktrisa, digər tərəfdən isə övlad acısını, alnına yazılan taleyin ağır faciəsini qəlbinin dərinliyində daşıyan dərdli Ana. Mən təsadüfən Anna Manyanini xatırlamadım... O da ömrünün sonuna kimi şikəst oğlunun faciəsini yaşaya-yaşaya yaradıcılıq palitrasını yaradırdı... Nə qədər çətin, nə qədər əzablı yol. Sonuna qədər bu yolda addımlamaq...
Aktrisa yüzə yaxın film də rol aldı.
"Təhminə", "Yaramaz", "Cəza", "Bəyin oğurlanması", "Kişi sözü", "İntihar", "Dəvətnamə" və s... Bu filmlər bugün Azərbaycan kinosunun tarixinə aiddi. Bu tarixdə xalq artisi Nuriyyə Əhmədovanın əvəz olunmaz izi var. Xoşbəxtəm ki, müxtəlif məqamlarda onunla qısa qısa söhbətlərimiz olub... Və ağlımda səmimi bir insanın, həssas bir qadının yetkin obrazı əks olunub.
Məncə onun öz həyatı bir filmdi. Acılara söykənən, lakın ona baş əyməyən böyük bir qadının filmi.

Təranə Feyzullayeva

Oxunub: 1 136
Oxşar xəbərlər
SON XƏBƏRLƏR