» » "Gənc Tamaşaçılar Teatrının uğurları"

"Gənc Tamaşaçılar Teatrının uğurları"

"Gənc Tamaşaçılar Teatrının uğurları"
Deyirlər teatr asılqandan başlayır, razıyam, amma bir əlavəm də var teatr sevgidən başlayır… Mübariz Həmidovu da teatra gətirən məhz bu sevgi olub… Aktyor kimi hər səhnəyə çixişinda bu sevgi daha da böyüyüb… Və təsadüfi deyil ki, artıq doğma teatra rəhbər kimi qayıdanda aktyorların, texniki heyətin qayğılarını daha yaxından hiss edərək, boyük həvəslə işə başlayıb. Uzun illər tanıdığım bu insana- "Gənc Tamaşaçılar Teatr"ının direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidova ilk sualım da belə oldu:
Direktor kürsüsündən səhnə necə görünür ?
-Çox gözəl, teatrı sevən bir insan üçün o hər rakursdan gozəl gorünür. Səhnə adamı olduğum üçün teatrın problemlərini, qayğılarını daha içdən hiss edirəm və çalışıram ki, bu işin vasitəsilə teatra daha böyük xidmətlər edim.
Səhnə uçun darıxmırsınız ki ?
-Nə gizlədim darıxıram. Səhnəyə çıxıb, tamaşaçıyla təmasda olmaq bambaşqa hisdir, onu heçnə əvəz edə bilməz. Qismət olarsa, çox sevinərəm.
Teatrınız dünya arenasina vəsiqə alib. Buna münasibətiniz ?
-Bəli ilk növbədə dövlətimizin dəstəyi ilə maraqlı layihələr həyata keçirdə bilirik və bu da bizi sevindirir. Mən həmişə düşünürdüm ki, biz həmişə əyalətə, qastrol səfərlərinə getməklə yanaşı, dünya arenasına da çıxmalıyıq. Artıq bu bir ideya deyil, gerçəkdir. Teatrımız müxtəlif dövlətlərdə və festivallarda iştirak edir və uğurlarımız da göz qabağındadır.

Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrı "Kalmıkiya Respublikasi Dram teatrı" ilə 5 illik müqavilə imzalayıb. Ötən il bu teatr, Respublikamizda uğurla çıxış edib. Bu dəfə isə Kalmikiya Respublikasinin Dram teatrının 80 illik yubileyi ərəfəsində teatrımız uğurla çıxış edərək, Azərbaycanı layiqincə təmsil edib. Aktyorlar Şövqi Hüseynov ve Ilham Əsədov Kalmikiya Resublikasinin "əməkdar artisti" adina layiq görülüblər. Aktyor Elnur Kərimov isə "Stanislavski" medalına layiq görülüb. Əlbəttə bütün bunlar Azərbaycan teatrının uğurudur. Dekabr ayinda isə teatr, bir sira premyeralara imza atacaq. Ağaxan Salmanlının quruluşunda "Açarını itirənlər", Nicat Kazımovun quruluşunda "Leyli və Məcnun" və s.
Artıq yeni ilə az qalır, arzularınız ?
-Yeni il, yeni tamaşalar, yeni uğurlar deməkdir. Mən də bütün kollektivimizə tamaşaçı sevgisi, tamaşaçı alqışı arzulayıram.

Mən də yeri gəlmişkən, Kalmıkiyinanin "incəsənət xadim"i adına layiq görülməniz münasibətilə təbrik edirəm.

Mübariz bəydən ayrılıram… Səhnədə isə uşaq tamaşası nümayiş olunur… Uşaqların şaqraq gülüşləri qulağımda cingildəyir…Düşünürəm ki, bu müqəddəs sənət ocağı hələ neçə neçə nəslin teatrı dərk edib, sevməsində, bir insan kimi formalaşmasında öz xidmətini əsirgəməyəcək…
Təranə Feyzullayeva.
"Gənc Tamaşaçılar Teatrının uğurları"
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031