» » “ÖLÜMSÜZ” sənətkar…

“ÖLÜMSÜZ” sənətkar…

“ÖLÜMSÜZ”  sənətkar…
Elə insanlar var ki onlara ölüm yaraşmır... Sadəcə hamı dediyi faktla barışırsan... Əslində isə ürəyinin ən gizli guşəsində o insanın sağ olduğunu inanırsan... O da belə insan sənətkar idi... Ölümünə bu günə qədər inanmadığımız Yaşar Nuri... Sadə... Sevimli... Bizlərdən biri..
Onun sənəti haqqında çox danışmaq olar.. Ayrı ayrı rolları göz qabağındadır... Nəhəng sənəti danılmazdır... Amma mən yaddaşımda həkk olunan iki epizodu xatırlatmaq istərdim... Deməli ondan müsahibə almalıyam. Bakı qəzeti üçün. O da rejissor kimi yeni tamaşanın məşqlərinə başlayıb... Məşqə gecikdim. Məşqdən sonra söhbətə başladıq... O qədər səmimi, sadə idi ki sanki ən yaxın dostumu dinləyirdim... Özüm də bilmədən onun sehrinə düşmüşdüm... Söhbətin sonunda yaxınlaşıb dedi : -sənin kimi bu qədər maraqla ürəkdən dinləyənim olsa özümölüm səhərə qədər danışaram...
Daha bir epizod: Arif Quliyevin sarayda çıxışı vardı. Təsadüfən şəhərdə qarşılaşdıq... O mənə iki dəvətnamə verdi. Yaşar Nuri yerlərə baxıb, bileti ona qaytardı. -"Bu qıza qabaq sırada ver yekə kişisən dedi". O da 1ci sıradaki dəvətnamələri mənə uzatdı. Hər ikisinə sağ olun deyəndə qayıdıb dedi ki, sən sağ ol ki, gəlib yazacaqsan...
Bu gün böyük sənətkar Yaşar Nurinin doğum günüdür... Ölümü adına yaraşdırmadığım Yaşar Nurinin... Nə yaxşı ki doğuldu... Yaşadı...Və bizlər onu tanıdıq... Hər zaman yeri görünən insan... Xatirələrdə yaşadıqca ÖLUMSÜZSƏN...

Təranə Feyzullayeva
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031