» » Tiflis Dövlət Dram Teatrı Bakıda qastrol tamaşası ilə çıxış edəcək

Tiflis Dövlət Dram Teatrı Bakıda qastrol tamaşası ilə çıxış edəcək

Tiflis Dövlət Dram Teatrı Bakıda qastrol tamaşası ilə çıxış edəcək
Məşhur gürcü rejissoru, SSRİ xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşa Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq. Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevin APA-ya verdiyi məlumata görə, səhnə əsərinin nümayişi Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri çərçivəsində baş tutacaq. Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşası 14-15 noyabr tarixlərində təqdim olunacaq.

Əliqismət Lalayev qeyd edib ki, məşhur rejissorun hazırladığı səhnə əsərinin azərbaycanlı tamaşaçılara təqdim olunması təqdirəlayiq haldır: “Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri həm də mədəniyyətlərarası dialoqun çox gözəl bir nümunəsidir. Ümumiyyətlə, bizim teatrla Robert Sturua arasında yaxşı əlaqələr mövcuddur. Musiqili Teatr hər zaman dünyanın öncül teatrları, incəsənət xadimləri ilə əməkdaşlıq etməyə çalışır. Qastrol səfəri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq".

Robert Sturuanın səhnələşdirdiyi Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşasını izləmək istəyənlər biletləri Bakı şəhərinin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930