» » Şair Fikrət Sadıq vəfat edib

Şair Fikrət Sadıq vəfat edib

Şair Fikrət Sadıq vəfat edib
Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair, publisist, ssenari müəllifi, kino redaktoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi və Azərbaycan Dövlət mükafatı laureatı Fikrət Sadıq 86 yaşında vəfat edib.
Bu barədə Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza məlumat verib.
F.Sadıq bu gün dəfn ediləcək.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan Dövlət mükafatı laureatı (1990), Prezidentin fəxri təqaüdçüsü idi. 1975-ci ildən ömrünün son gününədək Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyib.
Azərbaycanlı yazıçı, rejissor, ssenarist Orxan Fikrətoğlunun atasıdır.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031