» » "Xanəndənin taleyi"

"Xanəndənin taleyi"

"Xanəndənin taleyi"

Opera və Balet teatrında C.Cahangirovun "Xanəndənin taleyi" operasının premyerası oldu. Opera məhşur xanəndə Seyid Mirbabayevin acı taleyindən bəhs edir. Xanəndə cah cəlallı həyat sürmək xatirinə qürbət ölkədə yoxsulların səsi yazılmış qramafon valı xanəndənin şikəst olmuş həyat rəmzi kimi əks olunur. Operada üslub, musiqi tərtibatı dramaturji xətt yerli yerindədir. Onu da qeyd edək ki, bu opera vaxtı ilə məhz Baba Mahmudoğlu üçün nəzərdə tutulmuşdur. Bunu onun xanımı Amalya Cəfərzadə bildirib. Əlbəttə ki, bu da maraqlı faktdı. Əməkdar artist İlkin Əhmədov baş rolda uğurla çıxış edərək öz gözəl səs tempri ilə tamaşaçını tez bir zamanda ələ almağı bacardı. Ümid edirik ki, onun ən uğurlu tamaşaları hələ qarşıdadır. Tamaşada Fidan Haciyeva, Afaq Abbasova, Fərid Əliyev, Səbinə Vahabzadə, Fəridə Məmmədova,Tural Ağasıyev, Fəhmin Əhmədli,Tələt Hüseynov maraqlı obrazlarla çıxış edirlər. Dirijor xalq artisti Cavanşir Cəfərov, quruluşçu rejissor Hafiz Quliyevdir. Rəssam Tehran Babayev dekorasiyaların rəngarəng və tamaşaya uyğun seçilməsi üçün xüsusi səy göstərərək ümumi abu havaya rəng qata bilmişdir.
Yeni opera tamaşası həqiqətən də tamaşaçını elə ilk dəqiqədən klassikanın dərinliyinə aparır... Və anlayırsan ki, mənəvi ruhumuzun ən qiymətli qidası məhz belə klassik nümunələrdədir ki, onlar da müasir həyatımızın danılmaz parçasıdır. Bütün kollektivi bu möhtəşəm tamaşa ilə təbrik edir və yeni uğurlar diləyirik.

Təranə Feyzullayeva
"Xanəndənin taleyi"
"Xanəndənin taleyi"
Oxşar xəbərlər
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Toyuq filesi haqqında dəhşətli həqiqətlər – İstehsalçılar nəyi gizlədir, alıcılar nəyi bilmir? Alıcıların ən çox aldığı file Читать далее
«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728