» » "Qaragilə"

"Qaragilə"

"Qaragilə"
Fransız müğənnisi Edit Piaf oxuyanda mənə elə gəlir ki, dünyanın ən tənha və ən güclü səsini dinləyirəm. Onu dinləyəndə də bu hisslərlə yüklənirəm... Amma uzaqdan uzağa deyil, daha yaxından, içdən... Rübabə Muradovanın "Qaragilə"si qeyri ixtiyarı məni dünyanın o başına aparır... Orda "Qaragilə" var, həsrət var və bütün bunları yanıqlı səsində kökləyən bir səs var...
Gəlmişəm otağına oyadam səni, Qaragilə,
Nə gözəl xəlq eyləyib, Yaradan səni, Qaragilə...

Onun təkcə səsində deyil, sifət cizgilərində də bir kədər, tənhalıq, sirr mövcud idi... Rübabənin-Qaragilənin öz sirri... Bu sirrə azca yaxınlaşmaq, onu duymaq, hiss etmək olar, vəssəlam, açıqlamaq isə qeyri mümkündür... Onun səsini dinləyə-dinləyə bu səsin portretini yaratmaq olar... Sadəcə kətan üzərinə süzüləcək rənglərin qammasını tapmaq lazımdır... Təbrizin nisgilini qəlbində gəzdirən, "Heyder babaya salam" deyən səsin rəngini tapmaq o qədər asanmı görəsən...? Deyəsən rənglər də acizdir bu avazın qarşısında... Sesi də, siması da saralmış payız yarpaqlarına bənzəyirdi... Bahara həsrət, ömrünə, taleyinə yazılan payızla barışan ürəyinə hökm etmək istəmirdi nədənsə... Beləcə ömrümün payızını yaşayırdı bizim Rübabə... Yanıqlı səsini payız yarpaqları tək bütün Azərbaycana səpə-səpə... Bəlkə kimsə qulaqlarını tıxayıb, bu səsə qulaq asmamaq məcburiyyətində olsa belə, bunun mümkünsüzlüyünü dərk edəcək... Çünki ürəklərə səssiz-səmirsiz axıb gedən bu səsin bir yolu var ki, o da bütün varlığımızdan keçir... Onun həyatı da, səsi də möhtəşəm və sirli bir dənizə bənzəyir... Bu dənizin sahilində oturub, dərdini bölüşərsən, və sənə elə gələr ki, dəniz sənindir... Amma dənizin sirri isə özündə qalar... Bizim "Qaragilə" nin sirri kimi...

Gəlmişəm otağına oyadam səni, Qaragilə,
Nə gözəl xəlq eyləyib, Yaradan səni, Qaragilə...
Təranə Feyzullayeva.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031