» » Tanınmış bəstəkar Sevinc Tofiqqızı - bu uğurlar mənim deyil...

Tanınmış bəstəkar Sevinc Tofiqqızı - bu uğurlar mənim deyil...

Tanınmış bəstəkar Sevinc Tofiqqızı - bu uğurlar mənim deyil...

Ümüd tv əməkdasi sevilən bəstəkar Sevinc Tofiqizının qonağı olub. Qəlbi,ürəyi Azərbaycan xalqı ilə döyünən vətən eşqili sevilən bəstəkar Sevinc Tofiqqızının evində qonağı oluduq.Gülərüz,səmimi ev yiyəsi öz sənətinə olduğu vurğunluğundan, sevgisindən və böyük uğurlarından söz açdı. Eyni zamanda bəstələrinin yaranma tarixindən və müraciyət etdiyi şairlərin şeirlərindən bəhs etdi. Daha çox vətənpərvər ruhda bəstələri olan xanım Kompozisiyaları haqda saytmıza məlumat verərək bildirdiki - "Ulu Öndərim- xatirələr" kompazisiya və klipi, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə həsr olunub. "İlhamlı Azərbaycanım" ( Prezident İlham Əliyevin ad gününə həsr olunub) kompazisiya. "Gözlərə nur verən mələk" kompazisiya və klip ( Zərifə Əliyevaya həsr olunub), və xüsusi olaraq sonuncu sevilə şairimiz Baba Vəziroğlunun sölərindən yaranan,böyük uğrlu bəstəsi olan "iki qəlbin dastanı"dan söz acaraq bildirdiki,bu bəsdə Azerbaycan resbublikasının vitsa prezidenti Mehriban xanım Əliyevanın doğum günüə həsr olunub. Bəstəkar daha sonra İlk işıq üzü görən "bir mələyin ürək səsi" adlı 1ci albomudan bəhs edərək bildirdiki,bu albom kompazisyalardan ibarət olub.
Daha sonra Bəstəkar xalq şairi Zəlimxan Yaqub Sözlərinə, bəstələdiyi eyni zamanda ulu öndər Heydər Əliyevin ən sevimli şeiri olan "MƏKKƏDƏ" adlı mahnısının yaranma tarixinidə bizmlə birgə xatrladı.
Söhbətimiz əsnasında Sevinc Tofiqqızı pianinoda müşayiəti altında,kompazitsiyalari ve mahnılarndan ifa edərək ruhumuzu feyziyab etdi.Bəstəkar yeni,hələ işıq üzü görməyən - millət vəkili Qənirə xanım Paşayevanın sözlərinə bəstələdiyi və sevilən sənətkarımız Flora Kərimovanın ifa edəcəyi adının hələ sirr saxladığı ifasının tezliklə sevenlərinin ixtiyarına vercəyinidə bildirdi. Sevilən bəstəkar bir neçə rol aldığı serialardan söz acdı. Xüsusi ilə türk rejissoru Naci Çelik Berksoyun Bakıda çəkdiyi "Həyat varsa kəlmeyi şəhadət..." serialından qürur hisi ilə bəhs etdi. Qeyd edəki Türkiyyə medyasi son Zamanlarda yaydığı məlumatlarda sevilən bəstəkarımızı türk aktirisası Filiz Akına bənzədiyini bildriblər.
Bəstəkarın evində qonaq olduğumuz zaman sanki bir biri ilə bəhsə girən mükafatlarından da söz acmamaq olmazdı. Sevinc xanım bildirdiki,bu mükafatların hər birinin onun üçün ayrı xatirəsi,dəyəri vardır.Elə söhbətimizin şirim məqamında bəstəkarın qardaşının gül balası Əli sevdiyi əsgər geyimi ilə bir basqa vətənğərvər ruh qatdı. Əli bibisinin "Can Qarabağ" musiqisin sevdiyini bildrərək, böyüyəndə əsgər olmaq isdədiyni dedi.Bəli vətən sevgisi gendən,qandan gəlir.Elə bu balaca Əli balayada bibisindən keçən vətən sevgisi kimi.
Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirir, Bu, vətənpərvərliyin ən uca və ali formasıdır. Vətənə xidmət etmək yalnız ələ silah almaqla deyil,eyni zamanda vətənin bayrağını səmalarda dalğaladrmaq da vətənə xidmət sayılır.Bəli bir vətəndaşın uğuru xalqın uğru deməkdir. Elə sevilən bəstəkarımız Sevinc Tofiqızının öz söylədiyi kimi,-" bu mükafatlar mənim deyil Azərbaycanımın, xalqımın mükafatlarıdır".

Fəridə Nizamiqızı
Ümid TV

Tanınmış bəstəkar Sevinc Tofiqqızı - bu uğurlar mənim deyil...
Tanınmış bəstəkar Sevinc Tofiqqızı - bu uğurlar mənim deyil...
Tanınmış bəstəkar Sevinc Tofiqqızı - bu uğurlar mənim deyil...
Tanınmış bəstəkar Sevinc Tofiqqızı - bu uğurlar mənim deyil...
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031