» » Rafiq Hüseynovun xanımı: Ağırdır, həkimlər kömək edə bilmir

Rafiq Hüseynovun xanımı: Ağırdır, həkimlər kömək edə bilmir

Rafiq Hüseynovun xanımı: Ağırdır, həkimlər kömək edə bilmir

Türkiyədə əməliyyat olunan Xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun vəziyyəti qəfildən ağırlaşıb.

Djb.az Yenicag.az-a istinadla xəbər verir ki, diktorun həyat yoldaşı Səbinə Hüseynova onun vəziyyətinin ağır olduğunu deyib.

“Gecə səhərəcən yanında qalmışam, özünü çox zəif hiss edir. Həkimlər gecə onu reanimasiyadan palataya keçirdilər. Reanimasiyada, demək olar ki, huşsuz vəziyyətdə idi. Həkimlər dedilər ki, dava-dərmanları qəbul edəndən sonra vəziyyəti düzələcək. Amma bu dəqiqələrə qədər onun səhhəti yaxşılaşmayıb, ağırdır. Yemir-içmir, danışmır. Bircə huşu özündədir. Onu bu halda görmək mənim üçün ağırdır. Onun üçün dua edirik”, - deyə o söyləyib.

S.Hüseynova bildirib ki, həkimlər Xalq artistini kritik vəziyyətdən çıxarmaq üçün mübarizə aparırlar. Amma hələ ki buna nail ola bilmirlər.

Qeyd edək ki, ağciyər xərçəngindən əziyyət çəkən Rafiq Hüseynov son 10 gündə iki dəfə ağır əməliyyat keçirib.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031