» » Akşin Əliyevin şeir dünyası

Akşin Əliyevin şeir dünyası

Akşin Əliyevin şeir dünyası

Əliyev Akşin Böyükağa oğlu 1977-ci ildə Lənkəran şəhərində dünyaya göz açıb . Bir çox dilləri yüksək səviyyədə bilir (Fars, Rus, Azərbaycan, Əfqan ). O, ali təhsilli tarixçidir. Bir çox tarixi məqalələri var. Akşin Əliyevin Rəssamlığ bacarığı olmaqla yanaşı musiqini sevir, pianoda məharətlə ifa edir hətta mahnıda bəstəliyir. Bu gün isə oxucularımıza Akşin Əliyevin Şerlərindən bir neçəsini təqdim edirik.
Bağışla məni
İlk dəfə o yerdə görəndə səni,
Əgər gülmüşəmsə,bağışla məni.
Gülüşüm toxunub sənin qəlbinə,
Əgər bilmişəmsə bağışla məni.
Lal kimi baxırdım sənin üzünə,
Gözlərim dəymədi qəlbin sözünə.
Dəyişmərəm səni ömrün yüzünə,
Əgər ölmüşəmsə, bağışla məni.
Sənə söz deməyə etmədim cürət,
Yazıldı qəlbimə ayrılıq,möhnət.
Düşdü taleyimə,ömürlük qürbət,
Əgər gəlmişəmsə bağışla məni.
Əlimdə olmadı heç ixtiyarım,
?əkdim cəfasını,əhdsiz ilqarın.
Dostumkən mən səni nazlı nigarım,
Əgər sevmişəmsə bağışla məni

Gəl belə etmə
Gəl eylə vəfa sevgimizə yar sənə qurban,
Qurban olaram gözlərinə gəl belə etmə.
Çox gəzmə uzaq,məndən iraq olmasın ruhun,
Qurban olarm ruhuna mən,gəl belə etmə.
Gəl etməginən nazı mənə,mən sənə heyran,
Heyran olaram gözlərinə,gəl belə etmə.
Dinlə ki, məni səhvlərinə agah olasan,
Gəl keç bu xəyaldan,qulaq as gəl belə etmə.
Əvvəlcə baxışdın azacıq,sonra vuruldun,
Aldın məni öz tilsiminə,gəl belə etmə.
Sonra mənə bir namə yazıb,sirrə büründün,
Sirrin məni rüsvay elədi gəl belə etmə.
Hərdəm yanıma lövbər atıb,cilvələnirdin,
Cilvən məni heyran elədi,gəl belə etmə.
Bir gündə gəlib qənşərimə,etiraf etdin,
Sevgin məni hüsran elədi,gəl belə etmə.
Saldın məni də eşq oduna ,eşqə qapandım,
Eşqin məni peyşan elədi,gəl belə etmə.
Hər gün başıma,pərvan olub ,ağlımı çaldın,
Pərvanən məni şam elədi,gəl belə etmə.
Qəlbim sənə aid,bir içim suya dönüşdü,
İçdin o suyu,yandı içim,gəl belə etmə.
Bir gündə çıxb getdin o gün,sən yuva qyrdun,
Sən eylə bu gün yad məni sən,gəl belə etmə.
Bilsəydim əgər,onda məni tərk edəcəksən,
Onda deməliydim sənə mən,gəl belə etmə.


Ey Həkim
Ey həkim bala həkim dərdimə et çarə həkim,
Düşmüşəm eşq oduna qəlbim olub yarə həkim.
Gəl bu gün etmə inad daru götür yanıma gəl,
Bədənim rənc-ü əzab üzrə olub qarə həkm.

Etməsən çarə mənə atəş-i suzan olaram,
Yığılıb qovrularam burda yanıb kül olaram.
Ürəyim parçalanar, ömrə vida eyləyərəm,
Onda sən təşrif edib, ölmümü gör ya həkim.

Sən həkimsən həkimin andını sən pozmaginən,
Xəstəni başdan edib,başqa dəva yazmaginən.
Baxma biçarəyə sən,eylə mənə çarə həkim,
Ölərəm gözü açıq sən gələrsən zarə həkim.

Xəlq edib ruy-i zəmində niyə xudaya məni,
Puç olub ruzi güzarım eyləyir zayə məni.
Oxuyanda quranı, eyləyr hivz ayə məni,
Quranın hökmünə gəl qoyma məni darə həkim.

Azərbaycan dilim
Əcdadımdan başlayır, sənin mövcudiyyətin,
Sən ən ulu dilisən, qədim bəşəriyyətin.
Azığ mağarasında, bu dildə cızılıbdı,
Qobustan qayaları, bu dildə yazılıbdı.
Yazıbdı Mixitar Qoş, Alban sılnaməsini,
Tanıtdı hər bir kəsə, dilimizin səsini.
Dədəm Qorqud oxudu, bu dildə öz dastanın,
Sən dilisən Beyrəyin,birdəki Qazan xanın.
Oğuz eli bu dildə, bir-biriylə danışdı,
Banuçiçək bu dildə, beyrəyinə alışdı.
Babək kimi qəhraman, sənin üçün vuruşdu,
İyirmi il düşmənlə, sənin başın çarpışdı.
Qoç koroğlu qıratla, sazı alıb neylədi,
Azərbaycan dilində, o nəğməni söylədi.
Azərbaycan dilimin, özün etdi fədai,
Eylədi dövlət dili, şah İsmail Xətai.
Bu dildə ilk açıqda, igid bir vətən oğlu,
Yazdı gözəl bir şer, İzzəddin Həsənoğlu.
Bütün dünya anladı, dilimizin gücünü,
Füzulitək şairin, dedi s düyənlə sözünü.
Verdi böyük bir xəbər Azərbaycan dilində,
Yazdı böyük bir əsər, azərbaycan dilində.
Yoxdur onun kimi, öz dilinin vurğunu,
Yazdı eşqin dastanın,böyük Leyli Məcnunu.
Birdə dedi Nəsimi, gərək bir qəzəl yazam,
Gərək dilimdə yazam,başqa dilə sığmazam.
Yazdı yenə bir şair, vardı onun bir adı,
Xalqımızın şairi, Molla Vəli Vidadi.
Qarabağ diyarında,qədim şuşa elində,
Vardı yenə bir şair, şer deyir yerində.
Gələn-gedən düşmənə, baş əymirdi heç zaman,
Öz şeriylə Qacara, o verməyirdi aman.
Deyirdi o tirana ,qəbul et bu kimliyi,
Şerimdə yer alıb, Azərbaycan mənliyi.
Sən İranın şahısan, mən Azəri oğluyam,
Dilim dilindən üstün, farsa nifrət doluyam.
?oxdur farsın şairi,Hadı,firdovsi Xəyyam,
Fars dilində yazmaram, öz dilimdə yazaram.
Vurdu onun boynunu,kəsdi onun səsini,
Amma kəsə bilmədi, Azərbaycan dilini.

Qələbə vaxtıdır
Tükəndi xalqımın səbir kasası
Tükəndi ordumun sülh rizası
Sülh dedik acizlik başa düşdülər
İndiysə qisasın əsl vaxtıdır

Nə qədər danışıq apdıqsa biz
Məğlub tərəf kimi çıxdı səsimiz
Doldu hövsələmiz daşdı səbrimiz
İndiysə hücuma keçsək yaxşıdır

Bir-bir əldən getdi torpaqlarımız
Düşdü çadırlara yazıq xalqımız
Xankəndi ,xocalı Şuşa qalamız
Onları düşməndən almaq vaxtıdır

Düşmən viran edib el-obamızı,
İndi də səngərdə durmaq vaxtıdır.
Daşaltı bulağı ,Şuşa qalası,
Onları düşməndən almaq vaxtıdır.

Xankəndi oylağı,qırxqız yaylağı
Hind Arxı bulağı ,İsa bulağı
Hər yerdə hər yanda gəzir sorağı
İndidə qələbə çalmaq vaxtıdır
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031