» » Elman Eldaroğlu Elçin Mirzəbəylini təbrik edir

Elman Eldaroğlu Elçin Mirzəbəylini təbrik edir

Elman Eldaroğlu  Elçin Mirzəbəylini təbrik edir
Elçin Mirzəbəyli 1967-ci ildə Lənkəran şəhərində dünyaya göz açıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Sankt-Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. "Sevil" kinoteatrının direktoru, "Sara" TV-nin "Xəbər" departamenti direktorunun müavini və redaktoru, "Üç nöqtə" qəzetinin redaktoru vəzifələrində çalışıb. Azərbaycan Dövlət Televiziyasında (AzTV), "Space", "Sara" telekanalında müəllif proqramları ilə çıxış edib. Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş filmin rejissoru, Bəxtiyar Vahabzadə, Rüstəm Behrudi və digər görkəmli şəxslər haqqında çəkilmiş filmlərin müəllifi və rejissorudur.
Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Nərimanovun "Nadir şah" dramına quruluş verib. Quruluşçu rejissoru olduğu "Nadir şah" dramı paytaxt Bakıda və Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Türkiyədə, İranda uğurla nümayiş etdirilib. Mədəniyyət Nazirliyində çalışdığı dövrlərdə bir çox dövlət tədbirlərinin senari müəllifi, rejissoru və redaktoru olub. Onların arasında Azərbaycan Demokratik Respublikasının 80, Şeyx Şamilin 200 illiyinə həsr olunmuş tədbirlər mühüm yer tutur. Milli Azadlıq Hərəkatının marşı olan, hal-hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ifa olunan, orta ümumtəhsil müəssisələrində tədris edilən "Azadlıq" marşının müəllifidir. Şeirlərinə Abbas Əhməd, Nailə Mirməmmədli, Hikmət Mirməmmədli, Hatəm Nəbioğlu və digər tanınmış musiqiçi və bəstəkarlar tərəfindən mahnılar bəstələnib. Bu mahnıların arasında Abbas Əhmədin ifa etdiyi "Ürəyim yanar" mahnısı daha çox populyarlıq qazanıb. Şeirləri, esseləri və publisistik məqalələri Azərbaycan, Türkiyə, İtaliya, Özbəkistan və Rusiyada nəşr olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Gündəlik yayımlanan "Xalq Cəbhəsi" qəzetinin, Azərbaycan və İtalyan dillərində yayımlanan "Via della Seta" (İpək yolu) jurnalının baş redaktoru və Beymedia İnformasiya Agentliyinin baş direktorudur.
Azərbaycan Yazıçılar Birliyinin və Beynəlxalq Mətbuat İnstitutunun (İnternational Press İnstitute) üzvüdür.
"Bir gecənin tənhalığı", "İtirilmiş vaxtın adamı", "Poz bu sükutu", "Sevgi məktubları" şeir kitablarının müəllifidir.
Avqustun 12-də Elçin müəllimin 50 yaşı tamam olur. Yardımlı Xeyriyyə Cəmiyyəti ictimai birliyi Onu ad günü münasibətilə təbrik edir, Ona uzun ömür, can sağlığı, yaradıcılıq uğurları arzulayır.
50 yaşın mübarək, Elçin müəllim.
P.S.Djb.az kollektividə Elman Eldaroğlunun təbrikinə qoşularaq Elçin Mirzəbəylini səmimi qəlbdən təbrik edir ona can sağlığı uzun ömür, işlərində müvəffəqiyyətlər arzulayırıq.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031