» » Elman Eldaroğlu el ağsaqqalını təbrik edir!

Elman Eldaroğlu el ağsaqqalını təbrik edir!

Elman Eldaroğlu el ağsaqqalını təbrik edir!

Tofiq Ağadin oğlu Nəsirovu Yardımlıda tanımayan az insan tapılar. Uzun illər rayon Mülkü Müdafiə Qərərgahında rəhbər vəzifədə çalışıb. Tofiq Nəsirov el-oba arasında böyük rəğbət və hörmət qazanıb, o el ağsaqqalı olaraq hər kəsin xeyir və şərində iştirak edir. Hazırda təqaüddə olan bu insan özünü Allahın buyurduğu islamın yolu ilə gedərək ibadətə həsr edib. Müqəddəs ziyarətgahlarda olmağı ilə hər kəsə nümunəvi yol göstərir. Kərbəla ziyarətində olmuşdur. Ona Həc ziyarəti arzu edirəm. Bacısı oğlu olaraq Onun varlığından həmişə qürur duymuşam və fəxr etmişəm. Dayım mənim qürur mənbəyim olub və olacaqdır.
Avqustun 10-da 76 yaşı tamam olur. Ömrünün ixtiyar çağlarını yaşayan əziz-girami dayıma qürbətdən səslənərək, Allahdan ona möhkəm can sağlığı, uzun ömür, firəvan həyat arzulayıram.
Allahın nəzərləri heç zaman üstündən əskik olmasın!


P.S. Djb.az kollektivi də el ağsaqqalı Tofiq Nəsirovu təbrik edir!
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031