Главная > maraqli > Xoşbəxt olmaq elə də çətin deyil

Xoşbəxt olmaq elə də çətin deyil


4-06-2020, 08:02. Разместил: djbaz

Şəxsi inkişaf kitablarının rəflərinə baxsaz xoşbəxt olmağınız üçün minlərlə örnək tapa bilərsiniz. Ancaq bunun o qədər də çətin olduğunu düşünməyin. Sadəcə stressi həyatınızdan uzaq tutsaz müsbət dəyişikliklərin olduğunu görəcəksiniz.

NOCOMMENT.az həyatınızı ürəyinizcə yaşamağınız üçün 9 qızıl qaydanı sizə təqdim edir.

1.Özünüzü olduğunuz kimi qəbul edin və dəyərli olduğunuza inanın. Bu cür etsəz xoşbəxt və uğurlu olmaq şansınız artar.

2. Sevdiklərinizlə aranızdakı bağı gücləndirin və yalnız olmadığınızın fərqinə varın. Ömrünüz boyu özünüzü varlı hiss etmək istəyirsinizsə sevdiklərinizlə aranızda olan əngəlləri aradan qaldırın.

3. Həyatda nə istədiyinizi bilin. Nəyə dəyər verdiyinizdən və hədəflərinizin nələr olduğundan əmin olun. Bu yolda dürüst və açıq olsaz istədiklərinizə daha tez nail ola bilərsiniz.

4. Pul ilə sağlıqlı bir əlaqə qurun. Pulun həyatda hər şey olmadığını sadəcə bir vasitə olduğunu hər zaman xatırlayın.

5. Həyatdan istədiyinizi alın. Almaqdan qorxmayın və ətrafdakı insanların sizə qarşı verici olmağına icazə verin.

6. Qarşılıq gözləmədən verin. Ətrafınızdakılara heç bir qarşılıq gözləmədən kömək edin. Həyatdan nə istəyirsinizsə əvvəlcə siz qarşılıqsız olaraq nə isə verməlisiniz.

7. Güclü bir məqsədiniz olsun. Həyatda özlərini varlı hesab edən insanların mütləq uğrunda çalışdıqları böyük məqsədləri var. Bu özünüzü güclü və yaxşı hiss etməyinizə kömək edər.

8. Kin saxlamayın və bağışlayın. Əks halda həyatınız çətinləşər. Əsəbinizin keçməsinə icazə verməsəz gününüzü olduğu kimi yaşaya bilməyəcək və qarşınızdakı fürsətləri qaçıracaqsınız.

9. Hər zaman şükr edin. Daha çox istəmək yerinə sahib olduqlarınız üçün minnətdar olun. Şükr etmək sizə verilən fürsətləri daha yaxşı görməyinizə səbəb olar.
Вернуться назад