Главная > maraqli > Paxlanın bilmədiyiniz faydaları

Paxlanın bilmədiyiniz faydaları


29-05-2019, 08:16. Разместил: djbaz
Paxlanın bilmədiyiniz faydaları
Yeməklərdə sevərək istifadə etdiyimiz paxla artıq bazarda öz yerini alıb.

Djb.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vitamin və zülal tərkibi zəngin olan "təzə paxla" orqanizm üçün olduqca faydalıdır. Bu bitki tənəffüs yolu, ifrazat sistemi xəstəliklərini sağaldır və həzmi asanlaşdırır.

Yeni araşdırmalarda paxlanın xərçəng hüceyrələri ilə mübarizə apardığı da ortaya çıxıb.

Lif, vitamin, mineral, dəmir, kalsium və zülal baxımından zəngin olan paxlanın tərkibində xolesterol yoxdur. İmmunitet sistemini gücləndirir. Parkinsonizm xəstəliyini üçün olduqca faydalıdır.

Tərkibində fol turşusu olan bu bitki qanazlığını aradan qaldırır. Eyni zamanda hamilə qadınlarda dölün inkişafını dəstəkləyir.
Вернуться назад